Türkiyəli jurnalist: “Ərəblərə Qarabağ maraqlı deyil
Bizi izləyin

Nida.az

Türkiyəli jurnalist: “Ərəblərə Qarabağ maraqlı deyil

“Hörmətli Əli Həsənov İslam ölkələri jurnalistlərinin birgə əməkdaşlığı haqda doğru buyurur. Lakin ilk növbədə bu dövlətlər öz siyasətlərini doğru yola istiqamətləndirməlidirlər”.


Bunu Publika.az-a açıqlamasında Türkiyədə yaşayan araşdırmaçı-jurnalist Yücel Tanay Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun İslam ölkələri jurnalistlərinin birgə əməkdaşlığa dəvət etməsinə münasibət bildirərkən deyib.


Türkiyəli jurnalist İslam dünyasının böyük olduğunu, lakin birlik olmadığının bildirib: “Bu gün İran İslam ölkələri Qarabağı işğal edən Ermənistanla əməkdaşlıq edir. Hətta dostluq edir deyərdim. Ərəblər üçün yalnız Fələstin önəmlidir. Heç vaxt Qarabağda erməni işğalını qınamayıblar. Bunun fonunda bu günə qədər neçə İslam ölkəsi Şərqi Türküstan, yaxud Qarabağdakı vəhşilikləri qınayıb? Barmaqla sayılacaq qədərdir. Buna görə də hörmətli Əli Həsənovun dedikləri doğru yanaşmadır. Bir olmaq və informasiya müharibəsində həqiqətləri üzə çıxarmaq lazımdır. Amma gərək özlərinə İslam ölkəsi deyənlər müsəlmanın qanını tökən erməni və digərlərini müdafiə etməsin. Bu siyasət media sahəsinə də təsirini göstərir”.


Y. Tanay Əli Həsənovun çağırışının Türk dünyasına da aid olduğunu deyib.

“Xüsusilə, Türkiyə və Azərbaycan jurnalistləri bir hədəfə vurmalıdırlar”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Tehranda İslam ölkələrinin informasiya nazirlərinin “İslam dünyasında sülh və sabitliyin təmini üçün KİV-in yaxınlaşması” mövzusunda keçirilən 10-cu iclasında iştirak edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İran mediasına açıqlamasında müsəlman jurnalistlərini ortaq mövqe nümayiş etdirməyə çağırıb.


Düşünürəm ki, müsəlman ölkələrində jurnalistlər birləşə və ortaq mövqe nümayiş etdirə bilərlər. Müsəlman ölkələrindəki jurnalistlər düzgün, obyektiv informasiya yaymaqla İslam ölkələrinin məqsədlərinə çatmasında yardımçı ola bilərlər. Müasir dövrdə informasiyanın doğru-dürüst çatdırılması əsas amildir. Qərb mediası bu gün müsəlmanları bir sıra hallarda terrorçu kimi təqdim edir. Bunun nümunəsini Suriya, Misir və İraqda görürük. İnsanlara həqiqətləri çatdırmaq lazımdır”, - deyə PA rəsmisi vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm