Rauf Arifoğlu və jurnalistləri Müsavat Partiyasından gedir
Bizi izləyin

Nida.az

Rauf Arifoğlu və jurnalistləri Müsavat Partiyasından gedir

Yeni müsavat qəzetinin baş readktoru Rauf Arifoğlu və sözügedən mətbu orqanda çalışan müsavatçı jurnalistlər Partiyasından istefa verməyə hazırlaşırlar.

Publika.az-ın məlumatına görə, bu barədə Rauf Arifoğlu Facebook hesabında yazıb. AXCP sədri Əli Kərimli ilə aralarında yaranmış problemə görə partiya rəhbərliyi tərəfindən də namərdlik gördüyünü qeyd edən baş yazar gələn həftə istefa məsələsini müzakirə edəcəklərini bəyan edib.

“Bəzi Müsavat üzvləri də, hətta rəhbərliyə aid olanlar, Feysdə kürəyimizdən xəncərləməkdə. Həm də artıq neçənci dəfə. Böyük Yurdçu Osman Kazımov Əli Kərimliyə diferambalar oxuyur. Bir başqası bizi körpü adlandırır...

AXCP ilə müttəfiqmişlər, xəbərimiz yox! Tamam qardaşlar, inşallah, gələn həftə qəzetdə çalışan müsavatçılar olaraq bu partiyada qalıb-qalmamaq məsələsini müzakirə edərik. Rahat olun. Müsavat rəhbərliyi bizi Əli Kərimli ilə öz aralarında hesab edirlərsə, biz çəkilərik”, - Arifoğlu əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm