Rasim Musabəyov: “Azərbaycan təhlükəli çevrilişlər poliqonu olmayacaq”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “Azərbaycan təhlükəli çevrilişlər poliqonu olmayacaq”

“Akademik Ramiz Mehdiyevin məqaləsi ciddi rezonans doğurdu. Bu da təbii haldır. Bu məqalə ilə razılaşanlar da var, tənqid edənlər də.

Tənqidçilər diqqəti daha çox rəsmi Bakının antiamerikan təbliğatına yönəldirlər. Lakin məqalədə əsas qayə qırmızı xətlə keçir. Bu, kənar müdaxilələrin yolverilməzlidiyir. Çünki bunlar Azərbaycanın daxili işidir və mövcud iqtidar ölkəni inkişafı və sabitliyinin qayğısına qalır”.


Bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.


R. Musabəyov tənqidçilərin diqqətini bir məqama yönəldib: “Bu günə qədər Rusiya, Türkiyə və yaxud İran mediası ölkədən çıxarılanda Qərb bunu razılıqla qarşılayırdı. Lakin söhbət “Azadlıq radiosu”, “Amerikanın səsi”nə gələndə, bu azadlıq və demokratiyanın sıxışdırılması kimi təqdim olunur. İranın, Türkiyənin xeyriyyə təşkilatları, təhsil müəssisələri bağlananda bu doğru addım kimi qəbul edilir. Lakin Qərb donorlarının qarşısına keçəndə yenə də azadlıq və demokratiya sıxışdırılır deyə bəyanatlar səslənir. Ötən il Moskvadan Azərbaycana olan siyasi təzyiqlərə, “Milyarderlər ittifaqı”nın fəaliyyətinə qarşı çıxanda Qərb bunu dəstəkləyir. lakin qərbyönümlü müxalifətin antimilli hərəkətləri pislənəndə Avropa fondları, təşkilatları, Amerika dövlət strukturları bunu avtoritarizm adlandırır. Bu ancaq və ancaq ikili standartlardan irəli gəlir”.


R. Musabəyov Ramiz Mehdiyevin məqaləsinə diqqət çəkərək bunu Azərbaycan hakimiyyətinin milli maraqlar məsələsində sona qədər israrının nümunəsi kimi qiymətləndirib.


“Akademik Ramiz Mehdiyevin məqaləsində bir nəticə çıxarılır. Azərbaycan hakimiyyəti ümumi siyasi xəttində ardıcıldır və ölkənin siyasi həyatına istənilən xarici müdaxiləyə qarşı çıxaraq Azərbaycanın təhlükəli dəyişikliklər, çevrilişlər poliqonuna çevrilməyinə imkan verməyəcək” , - deyə politoloq vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm