Azərbaycan İsraillə Türkiyəni barışdırmağa çalışır?
Bizi izləyin

Nida.az

Azərbaycan İsraillə Türkiyəni barışdırmağa çalışır?

Azərbaycan İsrail hökuməti ilə əlaqələrindən və Türkiyə ilə yaxınlığından istifadə edərək, bu iki ölkəni barışdırmağa çalışır.

Publika.Az xəbər verir ki, bu barədə "İzRus" saytı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Sayt bildirib ki, İstanbulda "Mavi Mərmərə" böhranına görə, ittiham olunan İsrail ordusunun yüksək rütbəli zabitlərinin gözlənilən məhkəmə prosesinə baxmayaraq, Azərbaycan keçmiş strateji partnyorları barışdırmaq üçün səy göstərir:

"İsrail və Türkiyə arasındakı dərin böhranın fonunda bu Cənubi Qafqaz ölkəsi xüsusi həssas vəziyyətdədir. Türkiyə Azərbaycan üçün qardaş ölkədir, hər iki ölkənin əhalisini ümumi dil, mədəniyyət və iqtisadi əlaqələr birləşdirir. İsrail isə azərbaycanlılar üçün İranla gərginlik kontekstində vacib strateji partnyor və Xəzər neftinin böyük idxalçısıdır. Bina görə də rəsmi Bakı ciddi cəhdlə tərəfləri barışdırmağa çalışır. Öz vasitəçilik missiyası ilə onlar İsrail hakimiyyəti və Türkiyə baş nazirinə təsir etmək istəyirlər".

Saytın Qüdsdəki diplomatik mənbələrə istinadən verdiyi xəbərdə bildirilib ki, son zamanlar Azərbaycan tərəfi "Mavi Mərmərə" böhranı nəticəsində yaranmış küsülülüyü aradan qaldırmaq üçün formul axtarır:

"Rəsmi Bakı hesab edir ki, məsələnin həllində hər iki tərəfin milli qüruru əsas rol oynayır. Azərbaycan tərəfi hesab edir ki, burada əsas məsələ "üzr istəməkdir". Çünki Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan İsraillə münasibətlərini yaxşılaşdırmaq üçün 3 şərt irəli sürmüşdü. İsrail təzminat ödəməyə hazır olduğunu bildirib, amma üzr məsələsində əvvəlki mövqeyindən geri çəkilmək niyyətində deyil. Bakının fikrincə, israillilər "Mavi Mərmərə"də türk vətəndaşlarının olduğunu bilmirdilər. Bilsəydilər, İsrail öz strateji partnyorunun vətəndaşlarına qarşı bu cür təzyiqdən maksimum dərəcədə qaçardı".

Xəbərdə qeyd olunub ki, azərbaycanlılar barışdırıcı bəyanatlarla Ankara və Təl-Əvivi razılaşdırmağa çalışırlar:

"Rəsmi Bakı bütün bunların əsasən türklərdən və israillilərdən asılı olduğunu yaxşı başa düşür, amma buna baxmayaraq, nəticə əldə etmək üçün maksimum səy göstərir".

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm