Elmar Məmmədyarov Türkiyəyə gedir – ÖZƏL
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov Türkiyəyə gedir – ÖZƏL

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun dekabrın 10-da Türkiyəyə səfərə gedəcək.

Publika.az-ın diplomatik mənbədən əldə etdiyi məlumata görə, səfər zamanı E. Məmmədyarovun Qarsda Türkiyənin və Gürcüstanın xarici işlər nazirləri ilə birgə toplantısı gözlənilir.

Üçlü toplantıda Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Ceyhan, TANAP layihələri və digər regional məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Gürcüstanın xarici işlər naziri Tamar Beruchashvili artıq Türkiyədə səfərdədir. O, bu gün Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək və nümayəndə heyətləri səviyyəsində görüşlər keçirib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm