Əli Həsənov Heydər Əliyevə həsr olunan sərgidə - FOTOLAR
Bizi izləyin

Nida.az

Əli Həsənov Heydər Əliyevə həsr olunan sərgidə - FOTOLAR

Bu gün Bakıda Türkiyənin Anadolu Agentliyi, Yunus Əmrə Türk Kültür Mərkəzi və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) birgə təşkilatçılığı ilə Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə bağlı foto-sərgi təşkil edilib.

Publika.az-ın məlumatına görə, sərgidə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, AzərTAc-ın baş direktoru Aslan Aslanov, TRT-nin baş direktoru Şenol Göka, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Meral Barlas və digər şəxslər iştirak ediblər.

Sərginin açılışında çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov rəsm sərgisinin təşkilatçılarına minnətdarlığını bildirib.

O deyib ki, Heydər Əliyev aramızda olmasa da, onun ideyaları, həyata keçirdiyi siyasət uğurla davam etdirilir: “Bu gün yaşadığımız və fəaliyyət göstərdiyimiz müstəqil Azərbaycan dövləti ulu öndərin ideyalarının əbədiliyini nümayiş etdirir. Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində özünün əbədi yerini tutub. Biz yaşadıqca, Azərbaycan xalqı yaşadıqca, bu yer bizim qəlbimizdə əbədi yaşayacaq”.

TRT-nin baş direktoru Şenol Göka, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Meral Barlas çıxışlarında Heydər Əliyevin gördüyü işlərdən danışıblar. Onlar Azərbaycan və Türkiyə arasında əməkdaşlığın möhkəmləndirilməsində Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıblar.

Sonda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan rəsmlər nümayiş olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm