Nida.az
Ziyafət Əsgərov: “Dissertasiyada bir şey yazırsan, Milli Məclisdə başqa şey danışırsan“
Milli Məclisin növbədənkənar sessiyasında "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" haqqında qanuna dəyişiklilər layihəsi müzakirə olunub.
Publika.Az xəbər verir ki, müzakirə zamanı çıxış edən Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa dəyişikliklər layihəsi əleyhinə sərt fikirlər səsləndirib. Bildirib ki, ərazi idarəetmə sistemi təkmilləşməyib. Millət vəkili vurğulayıb ki, bələdiyyə və yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri bir-birinə qarışıb.
Fazil Mustafanın dediklərinə münasibət bildirən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov BQP sədrinin bu yaxınlarda ona doktorluq dissertasiyası göndərdiyini bildirib:
"Dissertasiya yaxşı yazılmışdı. O, dissertasiyada ərazi idarəetmə quruluşu ilə bağlı çox maraqlı ifadələr yazıb. Amma bu gün burada Fazil Mustafa tamam başqa məsələlərdən danışır. Mən buna təəssüf edirəm. Ərazi idarəetmə məsələsinin işsizlik probleminə nə dəxli var? Dissertasiyada bir şeylər yazırsan, gəlib Milli Məclisdə başqa şeylər danışırsan. Burada məqsəd nədir?"
Müzakirələrdən sonra qanuna təklif olunun əlavə və dəyişikliklər səsvermə yolu ilə qəbul olunub. Qanuna təklif olunan dəyişikliyə əsasən, sahə inzibati ərazi dairəsi - rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində yerli dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazidir. Rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi
vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində dövlət hakimiyyəti orqanlarının əhaliyə yaxınlaşması və idarəetmənin səmərəliliyinin artırılması məqsədi ilə sahə inzibati ərazi dairələri yaradılır. Sahə inzibati ərazisi azı 20 min əhalisi olan ərazidə yaradılacaq, yalnız istisna hallarda əhalisi 20 mindən daha az olan ərazilərdə yaradıla bilər.
Elməddin Muradlı
Səxavət Həmid
Publika.Az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR