İqtidar-müxalifət dialoqu başladı
Bizi izləyin

Nida.az

İqtidar-müxalifət dialoqu başladı

Müxalifət partiyalarının təşəbbüsü ilə keçirilməsi qərara alınan iqtidar-müxalifət dialoqu başlayıb.

Publika.az-ın məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən görüşdə iqtidardan Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iştirak edir.

Müxalifəti isə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev təmsil edir.

Qeyd edək ki, ana müxalifət adına iddia edən Müsavat Partiyasının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndələri görüşə qatılmaqdan imtina ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm