Nida.az
Sərdar Cəlaloğlu və intihar - Haşiyə
Publika.Az-ın "Haşiyə" adlı layihəsində ictimai-siyasi xadimlər, ziyalılar və digər tanınmış şəxslər məşğul olduqları sahədən kənar sualları cavablandıracaqlar.
İlk mövzumuz ölkədəki intiharlarla bağlıdır. Bu mövzuda Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğu danışıb:
"İntiharların sayının artmasının kökündən insanların maddi problemlər ucbatından təkliyə qapanmaları dayanır. İntihar istənilən halda cinayət hadisəsidir. Başqa bir insanı öldürməklə, özünəqəsdin arasında heç bir fərq yoxdur. Problemlər, maddi vəziyyətin ağırlığı insanı depresiya həddinə gətirir. Qapalı cəmiyyətin insanı da qapalı olur. Son zamanlarda insanlarda güvənsizliyin, etimadsızlığın sayəsində qapalılıq görürük.
İntiharın yaşının gəncləşməsində də qeyri-adi bir şey yoxdur. Yaşlı insanlar pensiya və müavinətlərlə xərclərini ödəyə bilisələr də, gənc nəsilin bir çox nümayəndələri bu imkanlardan məhrumdular. Gənclərin çoxu işsizdir. Cəmiyyətdə özünə yer tutmaq imkanları məhduddur. Bu da gəncliyi bədbinləşdirir. Nəticədə intihara əl atır.
Regionlarla müqayisədə, Bakıda intihar hallarının artmasını təhlil etmək də çox asandır. Rayonda 5 manat gəlirlə yaşamaq mümkündürsə, Bakıda 100 manatla minimum xərcləri belə ödəmək mümkün deyil. Şəhərdəki işsizliklə rayondakı işsizliyin fərqi çox böyükdür. Rayonda bu vəziyyətdən çıxmaq asandır. Çıxılmazlıq hissi Bakıda insanı rahatlıqla intihara sürükləyir".
Günay Muradlı
Publika.Az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR