Britaniyalı parlamentari: "Qarabağ münaqişəsini dondurulmuş hesab etmək doğru deyil"
Bizi izləyin

Nida.az

Britaniyalı parlamentari: "Qarabağ münaqişəsini dondurulmuş hesab etmək doğru deyil"

"Bəzən Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə kimi səciyyələndirilir ki, bu da çaşqınlıq yaradır. Çünki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması davam edir". Bunu Böyük Britaniyanın xarici işlər nazirinin parlament müavini Mark Simmonds dünən ölkə parlamentində Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələr zamanı bildirib. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin sosial şəbəkədəki rəsmi səhifəsində deyilir.

Onun sözlərinə görə, Böyük Britaniya qoşunların təmas xəttində, eləcə də Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin pozulmasının davam etməsindən narahatdır.Simmonds öz çıxışında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycanın inkişafına əngəl olmaqda davam edir və Cənubi Qafqaz regionunda gələcək qeyri-sabitliyə səbəb olur.

Onun sözlərinə görə, Böyük Britaniya münaqişənin dinc yolla nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin işini qətiyyətlə dəstəkləyir. Həmsədrlər irəliləyişə nail olmaq üçün inadla çalışırlar və beynəlxalq birlik buna dəstək göstərməyə hazırdır.

Nazir müavini münaqişə tərəflərini təmkin nümayiş etdirməyə çağırıb və Britaniya hökumətinin münaqişənin nizamlanmasına yardım etmək üçün hər cür səy göstərdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm