Polşalı iş adamları Azərbaycana gəldi
Bizi izləyin

Nida.az

Polşalı iş adamları Azərbaycana gəldi

Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski Azərbaycana rəsmi səfərə gəlib.

Report xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onu Azərbaycanın yüksəkvəzifəli rəsmi şəxsləri qarşılayıb.

Y.Pexoçinski ilə birgə Azərbaycana polşalı iş adamlarından ibarət geniş nümayəndə heyəti gəlib.

Səfərin əsas məqsədi Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının 6-cı iclasında iştirak etməkdir. Azərbaycan tərəfindən komissiyanın həmsədri Energetika naziri Natiq Əliyevdir.

İclasda iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm