Nida.az
Prezident İlham Əliyev Maltanın baş nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Malta Respublikasının Baş naziri Cozef Muskatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az-ın “AzərTAc”a isinadən məlumatına görə,
dövlət başçısı Azərbaycan ilə Malta arasında ikitərəfli
münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Əməkdaşlığımızın
genişlənməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev Malta
Respublikasının Baş naziri Cozef Muskatın ölkəmizə səfərinin
ikitərəfli əlaqələrin perspektivlərinin müəyyənləşdirilməsi üçün
yaxşı imkan yaratdığını dedi.
Ölkəsinin Azərbaycan ilə münasibətlərin inkişafına böyük önəm
verdiyini deyən Maltanın Baş nazir Cozef Muskat səfəri zamanı
əlaqələrimizin həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində
inkişaf perspektivləri ilə bağlı səmərəli müzakirələrin
aparılacağına ümidvar olduğunu qeyd etdi. Əməkdaşlığımızın
genişlənməsindən məmnunluğunu bildirən Cozef Muskat iqtisadi sahədə
əlaqələrin inkişaf etdirilməsində böyük qarşılıqlı marağın olduğunu
diqqətə çatdırdı. O, enerji sahəsində, o cümlədən Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlığın iqtisadi
əlaqələrimizin genişlənməsi baxımından önəmini vurğuladı. Baş nazir
digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı
imkanların olduğunu bildirdi. Ölkələrimiz arasında əlaqələrin daha
da genişlənməsi üçün bir sıra sənədlərin üzərində fəal iş
aparıldığını deyən Cozef Muskat Azərbaycan ilə imzalanacaq Anlaşma
Memorandumunun bu baxımdan əhəmiyyətini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin iştirak etdiyi layihənin ikitərəfli münasibətlərimizin
inkişafında yeni imkanların açılması işinə xidmət edəcəyini dedi.
Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın Avropa
İttifaqı çərçivəsində də inkişafının əhəmiyyətini qeyd etdi.
Energetika, nəqliyyat, ticarət və investisiya qoyuluşu sahələrində
əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu
deyən Prezident İlham Əliyev Malta ilə iqtisadi əlaqələrin regional
əməkdaşlıq işinə də töhfə verə biləcəyini bildirdi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi,
qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu