Nida.az
Deputat qohumu general-leytenant Rail Rzayevin qatillərindən DANIŞDI
“Mərhum Rail Rzayevin ailəsi onun qatilinin hələ də tapılmamasından narahatlıq keçirir”. Bunu Publika.Az-a açıqlamasında Azərbaycanın sabiq hərbi komissarı, ehtiyyatda olan general-leytenant, Milli Məclisinin deputatı Əliağa Hüseynov bildirib.
Ötən gün mərhumun məzarını ziyarət etdiyini diqqətə çatdıran Ə.Hüseynov rəhmətlik Rail Rzayevlə dost olduğunu da söyləyib: “O vaxt mən keçmiş Əzizbəyov (red: indiki Xəzər rayonu) rayonunda hərbi komissar idim, Rail Rzayev isə hərbi hissə komandiri idi. Bizim dostluğumuz o vaxtdan başlayıb. Mən onu bacarıqlı və savadlı şəxs kimi tanımışam. Allah ona rəhmət etsin, onun düşmənlərinin tapılmasına kömək etsin. Ötən gün də mərhumun ildönümü idi, mən də gedib məzarını ziyarət etdim. Rəhmətlik Rail Rzayev həm də mənim qardaşım oğlunun qaynatasıdır”.
Mərhumun qatilinin hələ də tapılmamasına da toxunan Ə.Hüseynov deyib: “Təkcə mən yox, Rail Rzayevi istəyən hər kəs arzu edir ki, onun qatili tez tapılsın. Rail Rzayevin düşməni ordumuzun möhkəmliyini istəməyənlər idi. Bir generalın-hərbçinin düşməni ancaq ordunu istəməyənlər ola bilər. Hesab edirəm ki, burada da xarici düşmənlərin əli var”.
Xatırladaq ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı olmuş (1993-2009), general-leytenant Rail Rzayev 2009-cu il fevral ayının 11-də naməlum qatil tərəfindən öldürülüb.
Vasif Həsənli
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?