“Türk dövlətlərinin bir-biri ilə əlaqələri genişləndikcə Azərbaycanın rolu artacaq”
Bizi izləyin

Nida.az

“Türk dövlətlərinin bir-biri ilə əlaqələri genişləndikcə Azərbaycanın rolu artacaq”

Türkiyə də inkişaf edərək müəyyən məsafə qət edir, amma Azərbaycan daha sürətlə inkişaf edir. Çox məmnun oldum, iftixar hiss keçirdim. Azərbaycanın gələcəyinin daha da parlaq olacağına inanıram.

Türkdilli ölkələr arasında gömrük və nəqliyyat problemlərinin həlli bütün digər sahələrdəki maneələri də aradan qaldıracaq. Bunu Trend-ə açıqlamasında Tükiyə parlamentinin və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) üzvü, millət vəkili Mahmut Mücahit Fındıklı bildirib.

Onun fikrincə, nəqliyyat ölkələr arasında əlaqələr üçün təməl baza rolunu oynayır və turizm, malların sürətli dövriyyəsi, ticarətin inkişafı, enerji layihələri ilə yaxından bağlı olan bir məsələdir: "Türkdilli ölkələr arasında gömrük və nəqliyyat əlaqələri problemlərinin həlli ticarət, gömrük, turizm sektorunu da inkişaf etdirəcək, sərhədlərdəki ləngimələrin və digər sahələrdə olan bürokratik maneələrin aradan qaldırılmasına kömək edəcək. Həm hava, həm dəmir yolu, həm dəniz, həm də quru yollarla qardaş ölkələrin bir-birinə bağlanması, turizmin, ticarətin, ixracat-idxalatın da sürətli inkişafını təmin edəcək".

Azərbaycanın son illərdə sürətlə inkişaf etdiyin deyən türk deputat üzvü hesab edir ki, Azərbaycan getdikcə regionda daha mühüm rol oynayacaq: "Mən Bakıya təxminən 17-18 il əvvəl Azərbaycanın müstəqilliyinin ilk illərində gəlmişdim. İndi gördüklərim, Bakının, Azərbaycanın inkişafı məni çox təsirləndirdi. Azərbaycan çox uzun məsafə qət edə bilib. Türkiyə də inkişaf edərək müəyyən məsafə qət edir, amma Azərbaycan daha sürətlə inkişaf edir. Çox məmnun oldum, iftixar hiss keçirdim. Azərbaycanın gələcəyinin daha da parlaq olacağına inanıram. Bu coğrafiyada türk dövlətlərinin bir-biri ilə əlaqələri daha da genişlənərsə, Azərbaycanın rolu artacaq, iqtisadi və enerji baxımından bu regiona çox böyük xeyri olacaq. Bu baxımdan Azərbaycanın gələcəyi yaxşı mənada hamımızı həyəcanlandırır".

Qeyd edək ki, M. Fındıklı fevralın 11-də Bakıda keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının 3-cü iclasında iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm