Deputat Azərbaycan təhsilinin durumundan danışdı - Açıqlama
Bizi izləyin

Nida.az

Deputat Azərbaycan təhsilinin durumundan danışdı - Açıqlama

“Azərbaycanda təhsilin inkişafına hər cür dəstək göstərilsə də, təəssüf ki, təhsilin keyfiyyət göstəriciləri zəifdir”. Bunu Publika.Az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor Astan Şahverdiyev bildirib.

Millət vəkili hesab edir ki, Azərbaycanda dövlət təhsilə ciddi diqqət ayırır: “Prezident İlham Əliyev Azərbaycan təhsilinin inkişafı üçün ən müxtəlif sərəncamlar imzalayır, bu istiqamətdə zəruri tədbirlər görür. Heydər Əliyev Fondu yüzlərlə yeni məktəb binası tikib, istifadəyə verib. Şagirdlər, tələbələr üçün bütün imkanlar yaradılıb, məktəblər ən müasir avadanlıqlarla təchiz olunub. Bunun qarşılığında nəyin şahidi oluruq? Azərbaycan təhsilinin keyfiyyət göstəriciləri bərbad vəziyyətdədir. Hər yerdə bir filial açıb, təhsili pis günə qoyurlar”.

Azər Niftiyev,

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm