Nida.az
Asim Mollazadə: “Bizə təcili sülh lazımdı!”
"ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllində doğrudan da maraqlıdırsa, snayperlərin təmas xəttindən çəkilməsi yox, daha konkret tələblə çıxış etməlidir".
Bunu Publika.Az-a açıqlamasında millət vəkili, Demokratik
İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə ABŞ dövlət
katibi Hillari Klintonun snayperlərin təmas xəttindən geri
çəkilməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib.
"Biz çox istəyirik ki, bu prosesdə xanım Klintonun və ümumilikdə
ABŞ-ın fəallığı artsın. Bizə təcili sülh lazımdır. Söhbət hansısa
ərazidə snayperlərin çəkilməsindən deyil, Azərbaycanın işğal
olunmuş əraizlərindən Ermənistan qoşunlarının çıxarılmasından
getməlidir. Burada tələb BMT-nin və bir sıra beynəlxalq
təşkilatların Qarabağın işğalı faktı ilə bağlı sənədlərin
icrasından ibarət olmalıdır".
O qeyd edib ki, əgər tərəfləri müharibədən uzaq tutmaq məqsədi
güdülürsə, ilk növbədə Ermənistan tərəfinin hərəkətlərinə diqqət
yönəltmək lazımdır:
"Yaxşı olardı ki, Hillari Klinton üzünü Ermənistana tutsun. Təmas
xəttində nə qədər günahsız insanımız həlak olub, onlar Ermənistan
silahlı qüvvələrinin mütəmadi olaraq dinc sakinləri atəşə tutması
faktdır və bunda da yalnız snayperlərin rolu olmayıb. Ümumiyyətlə,
Ermənistan qoşunlarının geri çəkilməsi lazımdır. Amma qarşı tərəf
imitasiya siyasəti yeridir və danışıqlarla bağlı bütün prosesləri
dondurmaq üzrədir".
Hillari Klinton erməniyönlü konqresmen Hovard Bermanın yazılı
sorğusuna cavab olaraq bildirib:
""Biz insanların həlak olmasına təəssüf edir və yenə də Dağlıq
Qarabağ münaqişəsinin tərəflərini danışıqlar atmosferinin daha da
yaxşılaşdırmaq, lazımsız qurbanlardan qaçmaq və mövcud atəşkəs
rejiminin daha da möhkəmləndirmək üçün addımlar atmağa, o cümlədən
snayperləri qoşunların təmas xəttindən geri çəkməyə çağırırıq".
Hillari Klinton qeyd edib ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri
kimi yenə də münaqişə tərəflərinə problemi nizamlamaq və sülh
sazişinə nail olmaq üçün yardım göstərmək siyasətinə sadiqdir.
O həmçinin bildirib ki, tərəflər proqnozlaşdırılmayan nəticələrdən
qaçmaq üçün verdiyi bəyanatlarda diqqətli olmalıdır: “Bir daha
bəyan edirik ki, bu münaqişənin hərbi həll yolu yoxdur və yalnız
sülh nizamlanması regiona təhlükəsizlik, stabillik və barışıq
gətirə bilər".
Rüfət Əhmədzadə
Publika.Az
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ