Nida.az
Pənah Hüseyn: “Hələ meriyadan cavab alaq...“
Bu barədə Publika.Az-a açıqlamasında İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn bildirib.
Onun sözlərinə görə, mitinqin keçirləcəyi yerlər və şüarlar barədə
qərar qəbul olunduqdan sonra Bakı Şəhər İcra Hakimiyyətinə məktub
göndəriləcək: “Meriyadan cavab aldıqdan sonra, aksiyanın
razılaşdırılmış və ya razılaşdırılmamış şəkildə harda keçiriləcəyi
barədə müzakirə aparacağıq”.
O, aksiyaların məqsədi barədə sualı da şərh edərək bildirib ki,
aksiya konkret şüarlar və tələblərlə keçiriləcək: “Aksiyalar
vətəndaşların hüququdur və bu aksiyada müəyyən ictimai-siyasi
vəziyyətə, hadisələrə münasibət bildiriləcək. Burada sosial
tələblər, ədalətli seçkilər, toplaşma və özünüifadə azadlığı, köklü
siyasi islahatlara və demokratikləşməyə çağırışlar yer alacaq”.
P.Hüseyn qeyd edib ki, “hakimiyyəti dəyişmək” fikrini bir aksiyaya
bağlamaq doğru deyil: “Bizim apardığımız demokratikləşmə kursu var
və strateji kursumuzun tərkib hissəsi kimi bu aksiya da ona xidmət
edir”.
Hakimiyyətlə dialoq məsələsinə də münasibət bildirən P.Hüseyn
bildirib ki, dialoq siyasi münasibətlərin sivil formasıdır: “Mən
hesab edirəm ki, əvvəl-axır Azərbaycan iqtidarı ölkənin demokratik
müxalifəti ilə bir masa arxasına oturub islahatlar istiqamətində
müəyyən işbirliyi quracaq”.
Rüfət Əhmədzadə
Publika.Az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR