Azərbaycan tarixinin “Qanlı Şamaxı səhifəsi“
Bizi izləyin

Nida.az

Azərbaycan tarixinin “Qanlı Şamaxı səhifəsi“

Publika.Az-ın verdiyi məlumata görə, tədbir Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İnsan Haqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupu tərəfindən keçirilib.


Dəyirmi masanı Şamaxının millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov rəhbərlik etdiyi assosiasiyanın "Azərbaycanda erməni vəhşiliyi – Şamaxı soyqırımı (1918-ci il)" adlı layihə çərçivəsində bir neçə dildə kitab nəşr edərək beynəlxalq aləmdə geniş yaydığını tədbir iştirakçılarına bildirib.

O, bu layihə çərçivəsində onun "Şamaxı qırımızı terrorun hədəfində (30 – cu illər represiyaları)" adlı yeni kitabın bu il nəşr olunacağını xusisi qeyd edib.

Daha sonra AVCİYA – nın nümayəndəsi, tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı "XX əsr erməni cinayətləri: 1918 – ci il Şamaxı soyqırımı", Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Əsədli "Azərbaycanın maddi – mədəniyyət abidələrinə qarşı erməni vandalızmi", AMEA şöbə müdiri, professor Qasım Hacıyev "Azərbaycanlıların genosid tarixinin aktual problemləri" mövzularında məruzələr ilə çıxış ediblər.

Məruzələrdə Şamaxı soyqırımının qısa fasilələrlə bir üç mərhələdə, Bakı və Qubadakı qırğınlardan əvvəl baş verdiyi qeyd olunub.

Tədbidə tədqiqatların davam etdirilməsi ilə Şamaxıda öldürülənlərin sayının dəqiqləşdirilməsinin zəruriliyi qeyd olunub.

Məruzələr ətrafında professorlar Cingiz İsmayılov, Nadir Abdullayev, Siyasi elmlər doktoru Ramiz Sevdimalıyev, əməkdar jurnalist Altay Zahidov, hüquqşünas Adil Minbaşı, dosent İradə Yaqubova və digər şəxslər çıxış ediblər.

Tədbirdə Türkiyyə Cümhuriyyətinin, Rusiya Federasiyasının, Rumuniya və Belorusun Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri, ziyalılar, KİV və QHT nümayəndələri iştirak ediblər.

AVCİYA-nın I vitse prezidenti Vəli Əlibəyov Dəyirmi Masaya yekun vuraraq tədbirin materiallarının kitab şəkilində bir neçə dildə nəşr olunaraq yayılacağını bildirib.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm