Nida.az
“Siyasi əxlaq arxa sıraya keçir” - Qubad İbadoğlu qrupunu müəyyənləşdirdi
“Azərbaycan siyasətində əxlaq məsələsi getdikcə arxa sıraya keçir”.
Publika.az xəbər verir ki, bu barədə “Azərbaycan
Demokratiya və Rifah” hərəkatının sədri, Müsavat başqanlığına
keçmiş namizəd Qubad İbadoğlu “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, əxlaqlılarla əxlaqsızlar yarışa girəndə, adətən, əxlaqlılar uduzur: “Xalq arasında artıq bütləşib ki, əxlaqlı adamın siyasətdə nə işi var. Çox təəssüf ki, vəziyyət bu hala gəlib və əxlaqlı siyasi mübarizə hələ də önə çıxa bilmir”.
Q. İbadoğlu mübarizənin bir hissəsini siyasətin əxlaqlaşmasına həsr
etməyə məcbur olduqlarını bildirib.
“Çünki siyasəti bu bəladan qurtarmayınca qalibiyyət olmayacaq.
Görünən odur ki, yaxın gələcəkdə biz xalqa sadiq, dürüst, yalan
danışmayan, ədalətli, əxlaqlı, vədinə xilaf çıxmayan yeni və
intellektli siyasətçilər yetişdirməli, o zamana qədər də bu
meyarlara cavab verən kiçik bir qrupla işləməli olacağıq”, - deyə o
bildirib
Asif Nərimanlı
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı