Rusiyalı ekspert: “Moskva Qarabağ məsələsində istənilən güzəştə gedəcək”
Bizi izləyin

Nida.az

Rusiyalı ekspert: “Moskva Qarabağ məsələsində istənilən güzəştə gedəcək”

“Qarabağ məsələsində Moskva öz xeyrinə istənilən güzəştə gedəcək”.


Publika.az xəbər verir ki, bu barədə Rusiya Məsləhət Şurasının beynəlxalq münasibətlər üzrə eksperti Sergey Markedonov deyib.


Onun sözlərinə görə, hazırda Minsk qrupunun həmsədrləri qarşıdurma vəziyyətindədirlər: “Vaxtilə bu qrup normal fəaliyyət göstərirdi və bu çərçivədə müəyyən ümidlərə bel bağlamaq olardı. Lakin bu gün Minsk qrupunun fəaliyyəti üçün kifayət qədər təhlükəli vəziyyət yaranıb. Rusiya-Qərb qarşıdurması belə bir vəziyyəti hakim edir. Bu qarşıdurmadan tərəflər istifadə edə bilər. Belə ki, mövcud status-kvo ilə razılaşmayan Azərbaycan vəziyyəti öz xeyrinə dəyişmək üçün hərəkətə keçə bilər. Yəni çoxqatlı problem yaranıb”.


Matrkedonov maraqlı bir məqama toxunub. Onun sözlərinə görə, Qarabağda müharibə başlayacağı təqdirdə Rusiya çətin ki, Ermənistanı müdafiə etsin: “Rusiyanın yarana biləcək təhlükələr zamanı Ermənistana yardım etməsi ilə bağlı hüquqi baza var. Moskva bu öhdəlikləri təkrar gözdən keçirməyib. Deməli, hələ də qüvvədədir. Lakin mən inanmıram ki, müharibə başlayacağı təqdirdə Rusiya, yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv dövlətləri Ermənistana kömək edəcək. Çünki KTMT üzv ölkələrinin hər birinin öz maraqları var. Bu maraqların bəziləri Rusiyanın maraqları ilə uyğundur, bəziləri isə yox”.

Rusiyalı ekspert Moskvanın öz maraqlarını düşündüyünü diqqətə çatdırıb. Onun fikrincə, Rusiya öz xeyrinə istənilən güzəştə gedəcək: “Xüsusilə, Rusiya-Türkiyə yaxınlaşması fonunda ortaya çıxa biləcək maraqlarda. İndiki halda Rusiya status-kvonun saxlanılmasında maraqlıdır. Ola bilsin ki, Türkiyə və Azərbaycana bu çərçivədə yaxınlaşsın. Digər tərəfdən, Azərbaycan Rusiyaya qarşı Qərb mövqeyindən çıxış etmir. Bu baxımdan, Bakı real güzəştlər istəyə bilər”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm