Nida.az
Ramiz Mehdiyev: “Azərbaycan xalqının bəxti gətirib”
“Güclənən iqtisadiyyat, uğurlu xarici siyasət strategiyası və möhkəmlənən hərbi potensial Azərbaycanın uğur qazandığı yeganə sahələr deyil. Vətəndaş cəmiyyətinin inkişafı da bizim hökumətin prioritetləri siyahısındadır. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən keçən iyirmi beş ilə yaxın müddətdə demokratiyanın inkişafı, insan hüquqları, dövlət orqanlarının açıqlığı və onların vətəndaş cəmiyyətinə hesabat verməsi, dövlət orqanları tərəfindən ölkə vətəndaşlarına təqdim olunan xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması sahələrində mühüm islahatlar aparılıb. 2013-cü il prezident seçkilərində İlham Əliyevin parlaq qələbəsi ölkə əhalisinin əksəriyyəti tərəfindən Onun Azərbaycanı inkişaf etdirmək kursunun dəstəklənməsini göstərən bariz nümunədir”.
Publika.az YAP-ın saytına istinadən bildirir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirib.
Ramiz Mehdiyev deyib ki, ölkəmizin hər bir vətəndaşı Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafının artan tempini öz nümunəsində hiss edir. Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən uzunmüddətli islahatlar bütün bunların səmərəli bazasıdır. Həmin islahatlar arasında qeyri-neft sektorunun, insan kapitalının, informasiya texnologiyalarının, vətəndaş cəmiyyətinin inkişafını, dövlətin öz vətəndaşlarına hesabat verməsini və aşkarlığı qeyd etmək olar.
Ramiz Mehdiyev əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və müdrik xarici siyasət sayəsində Azərbaycan qısa müddətdə dünyada böyük etimad və hörmət qazanıb. Bu, şüurlu şəkildə demokratiya və tərəqqi yolu seçmiş bütün Azərbaycan xalqının xidmətidir: “Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, demokratiya yolunu biz kiminsə təzyiqi altında deyil, özümüz seçmişik. Bizim prioritetlər demokratik, sivil, hüquqi dövlət qurulması, özünəyetərli iqtisadiyyat yaradılması, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması, ənənəvi dəyərlər və Vətənə məhəbbət əsasında milli həmrəylikdir. Bütün bunlar postsənaye (informasiya) cəmiyyəti quruculuğu məcrasında həyata keçirilir. Bu yol böyük dövlət və siyasət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin reallaşdırdığı strateji seçimdir”.
Akademik vurğulayıb ki, xarici siyasət və ölkənin
təhlükəsizliyinin təmin edilməsi çox geniş əhatəli məsələlərin
həlli ilə bağlıdır: "Uzaqgörən dövlət xadimi risklərin və
imkanların bütöv spektrini nəzərə almalı və qiymətləndirməlidir.
İndiki şəraitdə xarici siyasət və təhlükəsizliyin təmin edilməsi,
ilk növbədə, qüvvələr balansı və etibarlı müdafiə sistemi yaratmaq
milli mənafeləri qorumaq deməkdir.
Bu mürəkkəb məsələnin həlli üçün milli lider dövlətin idarə
edilməsi sənətinin bütün nüanslarına yiyələnməlidir. Azərbaycan
xalqının iki dəfə bəxti gətirib - bu, 1993-cü və 2003-cü illərin
prezident seçkiləri ilə bağlıdır. Ağıllı dövlət xadimi həmişə yadda
saxlayır ki, dövləti vəzifə, ilk növbədə, xalqın etimadı deməkdir.
Buna görə dövlət xadiminin ali vəzifəsi öz xalqına, dövlətin
firavanlığına xidmət etməkdir. Bu baxımdan, tale Azərbaycan xalqı
üçün gözəl gələcək hazırlayıb. Bu gələcəyi bütün varlığı ilə öz
xalqına xidmət edən Prezident İlham Əliyevsiz təsəvvür etmək
qeyri-mümkündür. 2003-cü ilin payızında ölkənin ən birinci
vəzifəsində Heydər Əliyevi əvəz edən İlham Əliyev hərtərəfli
düşünülmüş fəaliyyət strategiyasını daha da zənginləşdirib.
Prezident İlham Əliyevin son on ildəki fəaliyyəti sübut edir ki,
tarixdə şəxsiyyətin rolu böyük və danılmazdır. İlham Əliyevin
islahatlar proqramının əsl mahiyyəti hazırkı şəraitdə milli
sənayenin, sosial infrastrukturun, indiki nəsillərin maddi rifahını
və zəngin mənəvi həyat tərzini təmin edə bilən bütün sahələrin
yenilənməsinin cəsarətli və geniş əhatəli layihələrinə tələbatın nə
dərəcədə böyük olmasını nümayiş etdirdi. Bu gün Prezident İlham
Əliyevin təşəbbüsləri ölkənin və regionun iqtisadi landşaftını
dəyişir, öz liderini inamla dəstəkləyən xalqın mənəvi dirçəlişi
üçün güclü stimula çevrilir. Məhz bu səbəbdən, Prezident bütün
həmvətənlərinin güclü dəstəyini hiss etdiyindən, Dövlət Bayrağı
Meydanındakı nitqini bu sözlərlə bitirib: “Əminəm ki, biz qarşıya
qoyulmuş bütün məqsədlərimizə çatacağıq”. Bütün bunlar Azərbaycan
xalqını böyük işlərə ruhlandırır”.
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ