Azərbaycanla Bəhreyn İkitərəfli Əməkdaşlıq Planı imzalayacaq
Bizi izləyin

Nida.az

Azərbaycanla Bəhreyn İkitərəfli Əməkdaşlıq Planı imzalayacaq

Müdafiə naziri Zakir Həsənov Bəhreyn Krallığına rəsmi səfərə gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, dekabrın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində Bəhreyn Kralı, Müdafiə Qüvvələrinin Ali Baş Komandanı Əlahəzrət Şeyx Həməd bin İsa Əl Xəlifə, Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd Əl Xəlifə ilə görüşlərin keçirilməsi, Bəhreyn Hərbi Hava və Hərbi Dəniz Qüvvələri Komandanlıqlarının, hərbi tibb müəssisələrinin ziyarət edilməsi, o cümlədən İkitərəfli Əməkdaşlıq Planının imzalanması nəzərdə tutulub.

Səfər dekabrın 27-dək davam edəcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm