Xocalı Soyqırımı abidəsini ziyarət edən Türkiyə KİV rəsmiləri söz verdilər
Bizi izləyin

Nida.az

Xocalı Soyqırımı abidəsini ziyarət edən Türkiyə KİV rəsmiləri söz verdilər

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə “Qarabağdan Anadoluya Könül Körpüsü” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan GAP Qəzetəçilər Birliyinin rəhbəri Zeynel Abidin Kıymaz, GAP Qəzetəçilər Birliyinin üzvü, radyo temponun sahibi Hamit Özpolat, GAP Qəzetəçilər Birliyinin baş katibi Fahrettin Çelik, GAP Qəzetəçilər Birliyinin idarə heyətinin üzvü Mustafa Saim Ayhan, İsmayıl Türk, Kanal 35TV Yayın Yönetmeni Halit Tunç, Beyaz tv “Dinamıt” proqramının aparıcısı və müəllifi Latif Şimşek millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Abidə qarşısına gül qoyan Türkiyəli qonaqlara millət vəkili Qənirə Paşayeva 22 il bundan əvvəl bütün dünyanın gözü qarşısında Ermənistan tərəfindən Xocalıda törədilmiş soyqırım və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar barədə geniş bilgi vermişdir. Türkiyəli qonaqlar Xocalı sakinləri, fəalları, Xocalı millət vəkili Elman Məmmədovla da görüşüblər. Xocalılarla görüşdə Xocalı sakinləri və millət vəkili Elman Məmmədov Türkiyəli qonaqlara Xocalı Soyqırımı, erməni vandalizmi barədə geniş məlumatlar veriblər. Türkiyə KİV rəhbərlərindən ibarət nümayəndə heyətinin üzvləri nümayəndə heyəti ermənilərin törətdiyi bu cür vandalizm aktlarını , soyqırımı kəskin qınayaraq bu günə qədər olduğu kimi bundan sonra da Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olacaqlarını, Azərbaycanın haqlı mövqeyinin daha geniş yayılmasında, Xocalı Soyqırımının Türkiyə ilə bərabər dünyanın hər yerində yaşayan Türk kökənli insanlara və xaricilərə daha geniş yayılmasında səylərini daha da artıracaqlarını deyiblər. Hələdə işğal altında olan Xocalıdan köçkün düşmüş insanların öz evinə qayıtma haqlarının müdafiəsi istiqamətində bütün həmkarlarının səylərini daha da artırmasına da çalışacaqlarını deyən GAP Qəzetəçilər Birliyinin rəhbəri Zeynel Abidin Kıymaz, GAP Qəzetəçilər Birliyinin üzvü, radyo temponun sahibi Hamit Özpolat, GAP Qəzetəçilər Birliyinin baş katibi Fahrettin Çelik, GAP Qəzetəçilər Birliyinin idarə heyətinin üzvü Mustafa Saim Ayhan, İsmayıl Türk, Kanal 35TV Yayın Yönetmeni Halit Tunç, Beyaz tv “Dinamıt” proqramının aparıcısı və müəllifi Latif Şimşek inşallah yaxın zamanlarda işğaldan azad ediləcək Xocalıdan proqramlar hazırlamağı Allah bizə nəsib etsin deyiblər və Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayımasında daha çox çalışacaqları, hər yerdə onların səsi olacaqları ilə bağlı Xocalılara söz veriblər.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Türkiyəli qonaqlara həmmüəllifi olduğu və Türkiyə türkcəsində nəşr olunan "Hocalı Soykırımı tanıkların dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm