Nida.az
Casusluq edən hüquq müdafiəçisi əslində kim imiş?
Jurnalist Xədicə İsmayılın ABŞ-a ötürdüyü “casus siyahısı”nda hüquq
müdafiəçiləri də yer alıb. Siyahıya görə, hüquq müdafiəçiləri
Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə
Qocamanlı, Arzu Abdullayeva, Eldar Zeynalov Ədliyyə Nazirliyi və
Milli Məclisin Beynəlxalq Məsələlər Komitəsinin sədri Səməd Seyidov
tərəfindən koordinasiya olunurlar. Təkcə Leyla Yunusdan başqa.
Publika.Az siyahıda adı çəkilən hüquq
müdafiəçilərinin məsələ ilə bağlı münasibətini öyrənib.
Azərbaycan İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun
direktoru, hüquq müdafiəçisi Səidə Qocamanlı bunu
"biabırçılıq" adlandırıb. O bildirib ki, siyahını hazırlayanlar
gərək bir qədər düşünəydilər: “Bunu yüz ölçüb, bir biçərək
yazardılar. Hüquq müdafiəçiləri o şəxslərdir ki, insanlara kömək
etməli, vəziyyətlərini yüngülləşdirməlidir. Biz bu halları yerinə
yetirmək üçün kiminlə işləməliyik? Təbii ki, hökumət strukturları,
Baş Prokurorluq, Ədliyyə Nazirliyi ilə. Səməd Seyidovla ona görə
işləməliyik ki, o, AŞPA-da bizim deputat qrupunun rəhbəridir. Lakin
bu o demək deyil ki, biz onlardan nəsə umuruq, alırıq, iş
görürük.
Bilmirəm bu siyahını kim tərtib edib, amma bu, biabırçılıqdır. O siyahıda Azərbaycanın milli azadlıq mübarizəsində can qoyan, həyatlarından keçən, övladlarını itirən dostlarımın adını gördüm. Həsən Kərimov kimi tər-təmiz insanın adını ora salıblar. Bu biabırçılıqdır. Ona görə hesab edirəm ki, bunu ciddi qəbul etmək lazım deyil”.
Hüquq müdafiəçisi qeyd edib ki, bu siyahı yayılıbsa, o demək
deyil ki, ABŞ-ın Dövlət Departamenti, yaxud digər strukturları
onlarla işləməyəcək. Onun sözlərinə görə, bundan sonra daha yaxşı
işləyəcək, amma yaxşı işlər üçün, casusluq məqsədi ilə yox.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin
Behbudov isə siyahıda bəzi məqamların yaddan
çıxdığını ironiya ilə bildirib. Onun sözlərinə görə, hər kəs öz işi
ilə məşğul olsa daha yaxşı olar: “Ona-buna qara yaxmaqla,
fəaliyyətinə ləkə salmaqla yox. Xədicə İsmayıl yazır ki, mən DİN və
MTN ilə əməkdaşlıq edirəm. Bunu düz vurğulayıb. Mən bu gün
Azərbaycanın DİN və MTN ilə əməkdaşlıq etməsəm, onların saxlanma
yerlərinə necə daxil ola bilərəm. Xədicə Müdafiə, Səhiyyə, Təhsil
nazirliklərini unudub. Çünki mən bu nazirliklərlə də əməkdaşlıq
edirəm. Mən daxili işlər naziri Ramil Usubovla, mili təhlükəsizlik
naziri Eldar Mahmudovla görüşürəmsə, mənə edilən şikayətləri
onların diqqətinə çatdırıramsa, bunu tənqid etmək lazımdır, yoxsa
təqdir?!”.
E. Behbudov qeyd edib ki, bəziləri ölkədə heç bir iş görmədən
xaricə casusluq etməklə məşğuldur.
“Hamımız azərbaycanlıyıq, bu dövlətin vətəndaşıyıq. Bu dövlətin
çörəyini yeyirik və burda yaşayırıq. Elə başa düşürəm ki, dövləti
sevmək lazımdır. Lakin bəziləri xarici dövlətə casusluq edirlər.
Belə ünsürlərlə mübarizə aparmaq lazımdır. Bir nəfər var, adını
hallandırmaq istəmirəm. Amma bu adam bir dəfə də olsun cəzaçəkmə
müəssisələrində, saxlanma yerlərində monitorinq keçirməyib, bir
dəfə də olsun hansısa təqsirləndirilən şəxslərlə görüşməyib,
onların hüquqlarını müdafiə etməyib. Amma xarici dövlətlərdən yaxşı
mükafatlar alır, bunu necə izah etmək olar. Bir dəfə də olsun
müxalifətin aksiyalarında bizim kimi müşahidəçi qismçində iştirak
etmir. Sən heç kimin hüquqlarını müdafiə etmirsən, amma xarici
dövlətlərdən yaxşı qrantlar alırsan. Bunun bir adı var: həmin
dövlətə yaxşı “şpiyonluq” edir. Yəni casusluğu biz yox, həmin şəxs
edir”-deyə hüquq müdafiəçisi vurğulayıb.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin
sədri Novella Cəfəroğlu isə bunu cəfəngiyyat
adlandırıb.“Orda 100 illərdir bizimlə çalsan Həsən Kərimov, mehman
Əliyev kimi adamların da adı var. Yazıblar ki, biz filankəslərlə
əlaqəqədəyik. Nəinki Səməd Seyidov, Ramil Usubovla, prokurorlarla,
Prezident Administrasiyası ilə əməkdaşlıq edir, onlarla əlaqələr
saxlayırıq. Hətta prezidentə belə məktublar yazırıq. Çünki bizim
işimiz belədir. əgər kimisə müdafiə edirəmsə dövlət qurumları ilə
işləməliyəm də. Kimisə haqsız ittiham edirlərsə bu barədə
yuxarılara məlumat verməliyəm də. Kim nə yazır yazsın. Çoxdandır
ki, belə şeylər mənim vecimə də deyil. Mən daha bunlara reaksiya
vermək istəmirəm. Mənim adım Novella Cəfəroğludur, mən özümü
tanıyıramsa, bu bəsdir. Kim nə edir etsin, Allah özü hər şeyi
bilir”-deyə o qeyd edib.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR