• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Rəsmi Bakıdan qisas almağa hazırlaşırlar - ŞOK

  • Nida.az
  • 6 Yanvar 2015 17:32
  • 938 Baxış
Rəsmi Bakıdan qisas almağa hazırlaşırlar - ŞOK

Vaşinqtonda Azərbaycanla bağlı növbəti dinləmələr keçiriləcək.


Publika.az xəbər verir ki, yanvarın 12-nə planlaşdırılan dinləmələr ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) tərəfindən “Azərbaycanda müstəqil səslərin susdurulması” adı altında təşkil olunacaq. Dinləmələrdə Massaçusets Universitetinin professoru Odri Alştadt, ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melia, “Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu, NED-in Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoyun çıxışları gözlənilir.


Belə bir dinləmələrin planlaşdırılması təəccüblü deyil. Təbii ki, müzakirələrə “müstəqil səslərin susdurulması” adının verilməsi də təsadüf ola bilməzdi. Söhbət zaman-zaman rəsmi Bakıya, ümumiyyətlə, böyük gücləri qıcıqlandıran müstəqil siyasətlərə qarşı istifadə edilən üsuldan gedir: söz azadlığı, demokratiya... siyahını uzatmaq olar.

NED-in Azərbaycanla bağlı dinləmələrə hazırlaşması isə bu təşkilatın qisas almaq üçün əlinə yaxşı fürsətin keçməsi deməkdir. Belə ki, hüquq-mühafizə orqanlarının qeyri-qanuni fəaliyyətinə görə “Azadlıq radiosu” barədə istintaq başlamasının ardından Qərb dairələri Azərbaycana qarşı “söz azadlığı” ritorikasını işə saldı. Vaşinqton və Bakı arasında münasibətlərin pisləşməsindən maraqlı olanlar bu prosesdən yararlanmaqda israrlı görünür. Radionun keçmiş prezidenti Jaffi Gedmanın ABŞ mətbuatında dərc olunan məqaləsi isə bir çox qaranlıq məqamlara aydınlıq gətirdi.


İndi yaranmış situasiya Bakının vaxtilə dövlətçilik əleyhinə fəaliyyət göstərdiyi üçün ölkədən çıxardığı bir sıra Qərb təşkilatları üçün əla fürsətdir. Belə təşkilatlardan biri də NED-dir.

Bu təşkilat milli demokratiyalara yardım etmək istiqamətində ixtisaslaşmış qurum olaraq tanınırdı. Müəyyən dönəmlərdə Azərbaycanda da qrant layihələri həyata keçirən fond xüsusilə gənclərlə bağlı məsələlərə həssas yanaşırdı və bu kənardan olduqca humanist görünürdü. Lakin hər ötən il media tərəfindən aşkarlanan faktlar bu təşkilatın bir sıra Qərb QHT-si kimi Azərbaycanda “5-ci kalonun” formalaşmasına kapital yatırdığını göstərdi.


Azərbaycanda Avrasiya və Rusiya üzrə nümayəndəliyi vasitəsilə fəaliyyətini quran fond haqda beynəlxalq ekspertlərin də fikri birmənalı deyil. Misal üçün, bu təşkilatın ABŞ-ın kəşfiyyat xidmətləri ilə paralel şəkildə ilə işlədiyinə dair fikirlər var.


Fondun Azərbaycanda qrant ayırdığı şəxslərə və təşkilatlara diqqət yetirdikdə bir çox nüanslar ortaya çıxır.


Fond 2003-2013-cü illəri əhatə edən 10 il ərzində Azərbaycan QHT-lərinə 3 milyon 500 min dollar həcmində 78 qrant ayırıb. Bu məbləğin 2 milyon 300 min miqdarında böyük hissəsinin 2010-2013-cü illərdə ayrılması da diqqətdən yayınmır. Ayrılan vəsaitlər əsasən müxalifətyönümlü KİV-lərə, qurumlara, QHT-lərə şamil olunub. NED fəaliyyəti dövründə bir dəfə də olsun qaçqın və məcburi köçkünlərlə bağlı layihələrə kapital yatırmayıb.

Fondun dəstəklədiyi təsisatlara bunlar daxildir: “Açıq Fikir Universiteti”, “Turan” agentliyi, müxalifətçi “Obyektiv TV” internet telekanalı, Anar Məmmədlinin sədrlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, İnsan Haqları Klubu, Könüllülərin Beynəlxalq Əməkdaşlıq Mərkəzi və Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu.

Bu maliyyələrin QHT-lər üzərindən siyasi partiyalara ötürülməsinə dair də iddialar mövcuddur.


Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsinin ölkədə “5-ci kalonun” formalaşması istiqamətində çalışan təşkilatlara həsr olunmuş hissəsində NED-in də adı keçir, onun hansı layihələrə nə qədər və hansı məqsədlə qrant ayırdığı ifşa olunur.


Bu faktların aşkara çıxması və bəzi QHT-lər kimi, NED-in də ifşa olunması onun rəsmi Bakıya qarşı heç vaxt obyektiv ola bilməyəcəyini göstərir. Güman ki, Bakını tərk edəndən sonra fond rəhbərliyi fürsət gözləyirmiş və belə bir fürsəti tapıblar. Bu baxımdan, 12 yanvarda keçiriləcək dinləmələri dinləmədən də orda nələrin olacağını ehtimal etmək mümkündür. NED rəsmi Bakıdan “qisasını” almağa hazırlaşır.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR