İsa Qəmbər: “Sözünüz varsa deyin, yoxdursa qulaq asın”
Bizi izləyin

Nida.az

İsa Qəmbər: “Sözünüz varsa deyin, yoxdursa qulaq asın”

Müsavat başqanlığından gedəndən sonra susqunluq nümayiş etdirən İsa Qəmbər son günlər aktivləşməyə başlayıb.


Publika.az xəbər verir ki, İ.Qəmbər təşəbbüskarı olduğu Milli Strateji Düşüncə Mərkəzinin fəaliyyətini genişləndirir.


“Yanvarın 14-də Milli Strateji Düşüncə Mərkəzində “Güney Azərbaycan bu gün” mövzusunda toplantı keçirildi. Müzakirələrdə iştirak edən mütəxəssislər və ictimai-siyasi xadimlər - Yasəmən Qaraqoyunlu, Abdulla Əmir Haşimi Cavanşir, Mehriban Vəzir, Arif Hacılı, Zəlimxan Məmmədli, Arzu Səmədbəyli, Nəbi Soytürk, Rüfət Muradlı, Əlirza Amanbəyli, Faiq Qəzənfəroğlu və digərlərinin çıxışlarında Güney Azərbaycanda ümumi vəziyyət, milli-mədəni haqlar uğrunda mübarizə aparan Azərbaycan türklərinə qarşı İran hakimiyyətinin həyata keçirdiyi həbs və cəzalar ətraflı təhlil olundu. Güneyli-quzeyli soydaşlarımızın sayəsində çox maraqlı və səmərəli tədbir oldu. Toplantı qapalı keçirilsə də, mətbuatda press-reliz olacaq”, - deyə keçmiş başqan “facebook” səhifəsində bu barədə bildirib.


İ. Qəmbərin sözlərinə görə, MSDM bu gün də tədbir keçirdəcək: “2015-ci il parlament seçkiləri: Gerçəkliklər və demokratik qüvvələrin hədəfləri” mövzusunda dəyirmi masa keçirəcəyik. İctimai-siyasi təşkilat təmsilçilərinin və ekspertlərin iştirakı nəzərdə tutulan tədbir media və maraqlananlar üçün açıq olacaq. Odur ki, sözünüz varsa gəlin deyin. Sözünüz yoxdursa, gəlin qulaq asın”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm