Nida.az
"Özəl ali məktəblərdə 20 nəfərdən 17 nəfəri imtahanlarda kəsilir" - Qüdrət Həsənquliyev
“Korrupsiya qarşı Mübarizə idarəsi Milli Məclisə hesabat verməlidir”. Publika.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib.
Onun sözlərinə görə, yalnız bir idarə ölkədəki korrupsiya halları ilə mübarizə apara bilməz. “Korrupsiya İdarəsinin regionlarda şöbələri yaradılmalıdır. Məncə belə həmin şöbələr yaradılsa ölkədəki korrupsiya ilə bağlı daha effektli mübarizə aparmaq mümkün olacaq. Necə ki, müvafiq ixtisaslaşmış məhkəmələr regionlarda yaradılıb, hesab edirəm ki, qanunun bu prokurorluq haqqında qanunun 8-ci maddəsi buna imkan verir. Orada qeyd olunur ki, Baş Prokurorluq digər prokurorluq da yarada bilər. Orada “hərbi ixtisaslaşmış prokurorluq” sözü çıxarılaraq ixtisaslaşdırılmış prokurorluq qoyulmasını təklif edirəm. Məsələn, Lənkəranda, Şəkidə baş idarənin müvafiq idarələri yaradılsa, daha effektli olacaq. O zaman korrupsiyaya qarşı mübarizəni daha effektli aparmaq olar”.
Millət vəkili spikerə müraciət edərək bildirib ki, son vaxtlar ona çoxlu sayda müraciət olunur. “Bəzi özəl ali məktəblərdə 20 nəfərdən 17 nəfəri imtahanlarda kəsilir. Onları 4-cü kursa qədər aparırlar. Sonuncu kursda isə 4 il müddətdə təhsil aldıqları müddətdə ödədikləri təhsil haqqından 4-5 dəfə çox rüşvət alırlar .Onları diplom verməməklə qorxudurlar. Korrupsiya İdarəsinin sədri mənim bu müraciətimə cavab verməli, müvafiq əməliyyat tədbirləri təşkil olunmalıdır. Necə ola bilər ki, bir qrupda 17 nəfər kəsilsin? Yoxsa korrupsiya TQDK-dadır, çünki onların hamısı müvafiq qaydada universitetə daxil olublar. Ya da tədris müəssisəsi məqsədyönlü şəkildə bunu təşkil edir. Axırda da həmin tələbələrin valideynləri belə bir problemlə üz-üzə qalırlar”.
Vasif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR