
Yanvarın 20-də səhər Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Qanlı Yanvar
faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər
Xiyabanına gəlib.
Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsi önünə
əklil qoydu.
Azərbaycanın Dövlət himni
səsləndi.
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı
dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı
səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin
əziz xatirəsini yad etməyə gəliblər.