Nida.az
Azərbaycan XİN “Nur Telecom” şirkəti ilə bağlı məlumat yaydı
Qırğızıstanın mobil rabitə operatorunun Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən şirkətlə rouminq razılaşması dayandırılıb.
Publika.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata açıqlamasında bildirib
ki, Azərbaycanın Qırğızıstandakı səfirliyinin müdaxiləsi
nəticəsində “O!” ticarət markası adı altında Qırğızıstanda
fəaliyyət göstərən “Nur Telecom” şirkətinin Azərbaycanın işğal
olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh
Telecom” şirkəti ilə rouminq razılaşması dayandırılıb.
Onun sözlərinə görə, “Nur Telecom” şirkəti tərəfindən Azərbaycanın Qırğızıstandakı səfirliyinə 20 yanvar 2015-ci il tarixində ünvanlanmış məktubda şirkətin internet saytında verilmiş düzgün olmayan məlumata görə təəssüf ifadə olunur və bunun aradan qaldırılması üçün 19 yanvar 2015-ci il tarixində şirkət tərəfindən təxirəsalınmaz tədbirlərin görüldüyü bildirilir: "Bu məsələdə fəal vətəndaş mövqeyi nümayiş etdirmiş Azərbaycan Respublikasının vətəndaşı Azayev Vüsal Samidağa oğluna da öz təşəkkürümüzü bildiririk".
H.Hacıyev qeyd edib ki, Azərbaycanın Qırğızıstandakı səfirliyinin müdaxiləsi nəticəsində 2013-cü ildə Qırğızıstanda fəaliyyət göstərən "Megacom" və "BİTEL" mobil operatorlarının da Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq razılaşmaları dayandırılmışdı.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR