Azay Quliyev hesabat verdi
Bizi izləyin

Nida.az

Azay Quliyev hesabat verdi

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Milli Məclisin bir qrup üzvü, QHT sədrləri və digər şəxslər iştirak edib.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri A.Quliyev deyib ki, Şura 2014-cü ildə yerinə yetirilən layihələrin aktuallığı və effektivliyi baxımından özünəməxsus uğurları ilə seçilib. Onun sözlərinə görə, ötən il ərzində Şura iki maliyyə yardımı müsabiqəsi elan edib: “Şura tərəfindən elan edilmiş maliyyə yardımı müsabiqələrində yerli QHT-lərin 386 layihəsinə ümumilikdə 2 milyon 929 min manat büdcə vəsaiti ayrılıb. Yerinə yetirilmiş layihələr çərçivəsində 640 təlim, 287 seminar keçirilib, 23 kitab, 8 film, 5 sayt hazırlanıb. QHT-lər keçən il ərzində Avropanın müxtəlif şəhərlərindəki universitetlərdə Qarabağ guşəsi yaradıb, Qarabağ probleminin həllinə mane olan cəhətləri açıqlayıblar. 13 xarici ölkədə 27 layihə icra edilib, Azərbaycan həqiqətləri, mədəniyyəti təbliğ edilib. Dünya ictimaiyyəti Xocalı soyqırımı haqqında xarici QHT-lər vasitəsi ilə məlumatlandırılıb. Ötən maliyyələşmə ilində QHT-lər maarifləndirici tədbirlərə daha çox üstünlük verib”.

A.Quliyev qeyd edib ki, aparılan böyük işin axarında dəyişmələr, məsələlərə yeni yanaşmalar həmişə olacaq, dəyişilməz bir şey varsa, o da doğma Vətənimizin və xalqımızın milli maraqları, dövlətlərimizin bu maraqlar naminə hər kəs üçün ortaya qoyduğu məsuliyyətdir: "Şura Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə bilavasitə məsuliyyət daşıyan qurumlardan biri kimi əldə etdiyi nailiyyətləri daim artırmaq, ölkəmizin haqq səsinin dünyada eşidilməsinə böyük ictimai dəstəyi təmin etmək əzmindədir".

Tədbirdə QHT-lərin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm