Novruz Məmmədov: “Sanki BMT Təhlükəsizlik Şurasının qətnamələrindən xəbərsizdirlər”
Bizi izləyin

Nida.az

Novruz Məmmədov: “Sanki BMT Təhlükəsizlik Şurasının qətnamələrindən xəbərsizdirlər”

“Bəzi ölkələrin rəhbər və rəsmiləri Qarabağ münaqişəsi ilə bağlı hərdən elə bəyanat verirlər ki, sanki BMT Təhlükəsizlik Şurasının qətnamələrindən xəbərsizdirlər”.

Publika.Az –ın verdiyi xəbərə görə, bu sözləri Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsində yazıb.

Qeyd edək ki, şöbə müdiri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Qərb ölkələrinin mövqeyini Twitter səhifəsində tez-tez tənqid edir. N.Məmmədov dünən paylaşdığı bir statusunda da Qərb güclərindən şikayətlənmişdi.
“Qərbin böyük səhvi bir də odur ki, başqa sivilizasiya və mədəniyyətləri nəzərə almır”, - N.Məmmədov yazmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm