İsa Qəmbərin qardaşından Qubad İbadoğluya dəstək
Bizi izləyin

Nida.az

İsa Qəmbərin qardaşından Qubad İbadoğluya dəstək

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin qardaşı Rövşən Qəmbər partiyanın indiki rəhbərliyinə müxalifətdə olan Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının addımlarını dəstəkləyib.


Publika.az xəbər verir ki, Rövşən Qəmbər ötən gün ADR-in “Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının və Rusiyada iqtisadi böhranın Azərbaycana mümkün təsirləri” mövzusunda tədbir keçirməsini də alqışlayıb: “Dünyanın çox ağıllı iqtisadçıları, tanınmış şəxsiyyətləri İsveçrənin Davos şəhərində planetimizin problemlərinin həllinə aid düşüncələrini müzakirə etdikləri zamanda Bakıda keçirilən dünənki tədbirə görə Azərbaycan və Almaniya vətəndaşı kimi qürurlandım.

Arzu edirəm ki, sosial şəbəkələrdə hər zaman ən dəyərli ideyaların yaranmasında vətəndaşlarımız və dostlarımız daha fəal iştirak etsinlər. Qubad İbadoğlunun tərəfdarlarının təşəbbüsü ilə sürətlə qurulan ADR hərəkatının dünənki tədbirinə görə xalqımızı təbrik edirəm. Dünənki tədbir Azərbaycanda yeni mərhələnin başlanmasından xəbər verdi. Özünü ağıllı sayan vətəndaşlarımıza, özünü siyasətçi adlandıranların sosial qrupun üzvlərinə də demək istəyirəm ki, partiyaların qərərgahlarından da əsasən bu məqsədlə istifadə etməlidirlər”.


İsa Qəmbərin qardaşı partiya qərargahlarında mütəxəssislərə səviyyəli müzakirələr aparılması üçün şərait yaradılmasının təklif edib.

“Dünənki tədbirin səviyyəsinə görə məmnun oldum. Respublikamızın sayılan ziyalılarının iştirakı ilə çox dəyərli düşüncələrin müzakirələrində iştirak etdiklərinə görə sanki Azərbaycan Milli Məclisinin yeni yaradılmış Qarabağ Komissiyasının toplantısı kimi xəyalımda qurdum və inandım ki, 2015-ci ildə Qarabağ probleminin ədalətli və əbədi həllinə nail ola bilərik”, - deyə o bildirib.


Rövşən Qəmbər daha sonra hər insanın özünü müxalifətçi saymasına qarşı çıxıb: “Bu fikirlərimə görə heç kəs məndən inciməsin. Özünü müxalifətçi sayan siyasətçilərin çox dəyərli düşüncələri olmalıdır. Əgər xeyirli təklifləri yoxdursa, özlərini müxalifətçi saymalı deyillər. Fərqli düşüncələrin məntiqli müzakirəyə çıxarılması Azərbaycanda demokratik hüquqi dövlətimizin qurulmasına və inkişafına yardım edirsə, gerçək müxalifətçiliyə nümunə deyilmi?!

Azərbaycanın istedadlı və ədalətsevər ziyalılarının iştirakı ilə dövlətimizin ən böyük problemlərinin həlli yollarını öyrənməliyik və dünən Bakıda Mətbuat Mərkəzində keçirilən tədbir bu məqsədlə təşkil olunmuşdu. Uğurlu alındığına görə sevinməliyik. Qubad İbadoğlunun intellekti Azərbaycanın ən böyük problemlərinin həllində Azərbaycanın mənafeyinə xidmət etməlidir və bu il ərzində Qarabağ probleminin ədalətli və əbədi həllinə yol göstərə bilər”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm