• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İsa Qəmbər-Arif Hacılı ittifaqının gizlinləri – ŞOK İTTİHAMLAR

  • Nida.az
  • 26 Yanvar 2015 18:17
  • 460 Baxış
İsa Qəmbər-Arif Hacılı ittifaqının gizlinləri – ŞOK İTTİHAMLAR

Müsavat Partiyasının keçmiş üzvü Əlövsət Talışxanlı partiya başqanı Arif Hacılı və keçmiş başqan İsa Qəmbəri sərt tənqid edib.


Publika.az xəbər verir ki, Ə. Talışxanlı Müsavatda baş verən son hadisələrlə bağlı sosial şəbəkələrdə geniş açıqlama yayıb.


“Bunun adı tarixə “İsa Qəmbər nəzəriyyəsi” kimi düşəcək”


Talışxanlı Müsavat rəhbərliyinə daxil olan şəxslərin açıqlamalarına əhəmiyyət vermədən bütün gücünü Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının quruculuğuna həsr etməyi düşündüyünü yazıb. Lakin bəzi ittihamlar onu cavab verməyə məcbur edib: “Ünvanımıza deyilən yeni-yeni böhtanlar, yalanlar, uydurmalar bu istəyimin həyata keçməsinə imkan vermir. Məcbur olub kimlərəsə cavab verirsən. Mən qurultay nümayəndəsi olaraq Müsavatın VIII qurultayında iştirak etmişəm. Arif Hacılının başqanlığa namizəd olaraq etdiyi proqram çıxışı yaxşı yadımdadır.

O, çıxışında hər iki cümlədən birində “mən”, “İsa Qəmbər”, “Əbülfəz Elçibəy” sözlərindən istifadə etməklə keçmiş zamanda baş vermiş hadisələrdən danışırdı. Lakin bir kəlmə də olsun nə Qarabağ problemindən danışılır, nə də hakimiyyətin tənqidindən söhbət gedir. Görünür, biz kəşf olunmuş yeni bir nəzəriyyə ilə tanış olmuşuq. Bunun adı tarixə “İsa Qəmbər nəzəriyyəsi” kimi düşəcək .Yəni hakimiyyəti tənqid etmədən, xalqı narahat edən əsas problemlərdən danışmadan da müxalifət partiyasının başında olmaq olar. Bu yeni nəzəriyyə ilə müxalifəti öz ətrafında birləşdirib hakimiyyətə “gəlmək” də olar”.


“Bəs niyə o ifşa olunaraq bu qurumdan kənarlaşdırılmır?”


Ə. Talışxanlı keçmiş başqan İsa Qəmbərə qarşı sərt ittihamlar irəli sürüb.


“İsa Qəmbər nədənsə bizi - Qubad İbadoğlu və tərəfdarlarını hakimiyyətlə işbirliyində ittiham edir. Bu ittiham etdiyi insanlar neçə illərdir onunla çiyin-çiyinə mübarizə aparırdı. Əgər bizlərin doğrudan da hakimiyyətlə əlaqələrimiz varsa və İsa Qəmbərin bundan xəbəri olmayıbsa, bu pisdir. Əgər hakimiyyətlə əlaqələrimizdən xəbərdar olub, partiyadaxili müzakirəyə çıxarmayıbsa, bu daha pisdir. Yeri gəlmişkən, Qubad İbadoğlu İsa Qəmbərin rəhbərlik etdiyi Milli Strateji Düşüncə Mərkəzinin üzvüdür. Bildiyim qədər onun yığıncaqlarına da qatılmır. Bəs niyə o ifşa olunaraq bu qurumdan kənarlaşdırılmır? Yəqin İsa Qəmbər gözləyir ki, Qubad İbadoğlu özü oradan istefa versin və yalnız bundan sonra onun xəyanətkar olduğunu, hakimiyyətə işlədiyini dilə gətirsin. Son zamanlar ayrı-ayrı şəxslər deyil, partiya sədrlərinin də hakimiyyətlə sövdələşmək istədiyini deyə bilərəm. Parlament seçkilərinə çox vaxt qalmayıb. Zaman özü hər şeyə aydınlıq gətirəcək”, - deyə o vurğulayıb.


“İsa Qəmbər Müsavatı və özünü bataqlığa sürükləyib”


Ə. Talışxanlı İsa Qəmbərin Arif Hacılını seçməklə və qurultay sonrası açıqlamaları ilə Müsavatı və özünü bataqlığa sürüklədiyini bildirib: “Bataqlığa düşənin istənilən kiçik hərəkətinin isə onu hara apardığını hamı yaxşı bilir. Kənardan müdaxilə olmasa, sonuc yaxşı olmayacaq . Bu müdaxilə isə yalnız Müsavat Partiyasının üzvlərinin birgə səyi nəticəsində edilə bilər. Partiyanı xilas etməyin, onun nüfuzunun bərpasının yeganə yolu cəmiyyətdə nüfuzu olan bir nəfərin başqan olmasındadır. Qəribədir ki, qurultayda və qurultaydan sonra səslənən ittihamların çoxu MNTK-ya yönəlib.

Bu qurum gah fəaliyyətsizlikdə, gah da tərəf olmaqda günahlandırılır. Fəaliyyətsiz bir orqan necə tərəf ola bilər? Özlərinin dediyi kimi “10 ildə 5 dəfə Müsavatın qapısını açmayanlar” necə qeyri-obyektiv qərar qəbul edə bilərdi? Əgər MNTK bizim vaxtımızda tərəf olubsa, onda qrup maraqlarına uyğun olan bircə qərarı açıqlasınlar. MNTK-nın iclas protokolları Müsavatın qərargahındadır, buyurub araşdırsınlar. MNTK-nı icra aparatının işçiləri ilə müqayisə etmək isə lap absurddur. Çünki MNTK qurultayda seçilir və onların hər biri hansı namizədi müdafiə edəcəyində sərbəstdir. Düzdür, MNTK üzvlərinin əksəriyyəti Arif Hacılını başqan kimi görmürdülər. Bunun da səbəblərindən biri Arif Hacılının təşkilat məsələləri üzrə başqan müavini seçiləndən sonra öz qrupunun maraqlarına uyğun qərarların qəbul edilməsinə çalışması olmuşdu”.


“Arif Hacılı ilə konfliktdə olanların əksəriyyəti partiyadan gedib”


Müsavatın keçmiş üzvü partiyanın bərpasından bu günə kimi yaranmış bütün konfliktlərin bir tərəfində Arif Hacılının olduğunu deyib. Onun sözlərinə görə, hazırki başqanla konfliktdə olan müsavatçıların əksəriyyəti partiyanı tərk edib.


“Biz isə partiyanın maraqlarına və nizamnaməyə uyğun olaraq səlahiyyətlərimiz çərçivəsində bunun qarşısını alırdıq. 2006-cı ildən sonra İsa Qəmbərin müqaviməti ilə qarşılaşdıq. MNTK-nın fəaliyyətinin zəifləməsinin səbəbi də bu oldu. Bir vaxtlar yüz minlərlə insanı küçələrə çıxaran 22 illik partiya sonuncu mitinqə 220 nəfər adam çıxarırsa, bunun məsuliyyəti kimin üzərinə düşür?” - Ə. Talışxanlı qeyd edib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR