Nida.az
Deputat: “Ermənistan Fransanın əxlaqsız bacısıdır”
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Xocalıdan seçilmiş deputat Elman Məmmədov Dağlıq Qarabağ və Xocalı məsələlərinin parlamentdə xüsusi müzakirə olunmasını təklif edib.
Publika.az-ın məlumatına görə, millət vəkili deyib ki, ATƏT-in Minsk qrupu çoxdan yarıtmaz quruma çevrilib: “Bu üç həmsədr dövlətin ermənilərə xüsusi münasibəti olub. Fransanın keçmiş prezidenti Sarkozi o vaxt demişdi ki, Ermənistan Fransanın kiçik bacısıdır. Amma o, tam doğru deməyib. Gərək deyəydi ki, Ermənistan Fransanın əxlaqsız, yolunu azmış kiçik bacısıdır”.
E.Məmmədov Serj Sarkisyanın hərbi cani kimi məhkəməyə verilməsini də zəruri sayıb: “1000-dən çox Xocalı sakini dindirilib. Onlar şahidlik ediblər ki, Sarkisyan onlara necə işgəncələr verib. Sarkisyanın özünün səhra komandiri olması barədə Avropa Şurasındakı etirafı və Xocalının işğalı haqda verdiyi müsahibə onun cinayətkar kimi mühakiməsi üçün kifayətdir”.
Deputat Xocalıya “Şəhid şəhər”, əhalisinə isə “Soyqırıma məruz qalan əhali” statusu verməyi təklif edib.
Vasif Həsənli
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO