Nida.az
“The Hill”: “Krımla bağlı akt Dağlıq Qarabağa da aid edilməlidir”
Ermənistan Azərbaycanın 20 faiz torpağını Rusiyanın köməyi ilə işğal edərək burda qondarma “Dağlıq Qarabağ Respublikası” yaratdı. Bu, Rusiyanın Krımı ilhaq etməsindən çox əvvəl baş verib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The
Hill” nəşri yazır.
Nəşr bu gün Krımın Rusiya tərəfindən işğalına qarşı ABŞ-ın sərt
mövqeyini təqdir edir: “Krım işğal ediləndən sonra Rusiyaya qarşı
çıxarılan H.R 93 aktı dəstəyə layiqdir. Bu akta görə, heç bir
qurum, təşkilat Krımın müstəqilliyini tanıya, yaxud ona bu işdə
yardım edən addım ata bilməz. Lakin Rusiyanın yardımından
ilhamlanaraq yaradılan oyuncaq rejimlər bununla bitmir. Görünən
budur ki, H.R 93 aktı təkcə Krıma şamil edilməməlidir”.
“The Hill” Rusiyanın post-sovet məkanında təcavüz siyasətinin
1990-cı illərdən başlandığını qeyd edir.
“İlk təcavüz 90-cı illərin əvvəllərində Dağlıq Qarabağda başladı.
Ermənistan Rusiyanın yardımı ilə Azərbaycanın ərazi bütövlüyünə
təcavüz etdi. Daha sonra Gürcüstanın ərazi bütövlüyünün pozulması
ilə nəticələnən Cənubi Osetiya və Abxaziya münaqişəsi və Moldovanın
Dnestryanı problemləri peyda oldu. Bütün bunlar Rusiyanın
dəstəklədiyi separatizm nəticəsində Krımdan çox əvvəl baş verib”, -
deyə nəşr bildirir.
Nəşr Dağlıq Qarabağda Ermənistan tərəfindən yaradılan qondarma rejimə toxunaraq qeyd edir ki, vaxtilə bu baş verəndə bir qədər təəccüblü gəlirdi: “Ondan sonra yaradılan qondarma rejimlərin hamısı bir-birinə təkzibedilməz oxşarlığı ilə seçilir. Taktika və siyasət eynidir. Hər biri Rusiyanın separatizmi nəticəsində meydana gəlib. Məqsəd xaos yaradaraq bu ölkələri Rusiyadan asılılığını saxlamaqdır”.
Nəşr yazır ki, H. R. 93 aktının siyahısı genişləndirilməlidir.
“Bura Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya, Dnestryanıda
yaradılan qondarma rejimlər də daxil edilməlidir. Siyahını
genişləndirmək üçün gec deyil”, - deyə məqalədə vurğulanır.
Asif Nərimanlı
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman8 May 17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım