Moskva-Bakı-Ankara üçlüyü: Ağ Ev nədən qəzəblənib? – ŞƏRH
Bizi izləyin

Nida.az

Moskva-Bakı-Ankara üçlüyü: Ağ Ev nədən qəzəblənib? – ŞƏRH

“Son zamanlar Rusiya, Türkiyə və Azərbaycan arasında əməkdaşlığın sürətli inkişafı müşahidə olunur. Lakin Moskva-Bakı-Ankara üçlüyünün yaxınlığı okeanın o tayında kədərlə qarşılanır”.


Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Aleksandr Petrov deyib.


Vaşinqtonda Qafqazla bağlı keçirilən konfrans haqda danışan politoloq hesab edir ki, ABŞ Qafqaz istiqamətində siyasətini sürətləndirir: “İndiyə qədər Vaşinqton Qafqazın strateji əhəmiyyətini heç vaxt unutmayıb. Daim bu regiona aid xüsusi siyasi kurs seçilib. Lakin bəzən bu sürətli, bəzən də asta olması ilə seçilirdi. İndi isə Qafqaz ABŞ-ın enerji siyasətində də xüsusi yerə malikdir. Buna görə də okeanın o tayından bu regiona diqqət daha çox artıb”.

A. Petrova görə, ABŞ-ın fəallaşması iqtisadi və enerjidaşıyıcıları ilə bağlıdır.


“Zaman gələcək, Qafqaz və Xəzər nefti dünya bazarına təsir etmək iqtidarında olacaq. Buna görə də oyuna böyük güclər daxil olur. Hesab edirəm ki, Qafqaz və Xəzər regionu təkcə ABŞ üçün yox, dünyanın bütün böyük gücləri üçün maraqlıdır”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm