Nida.az
Lalə Şövkət seçkiyə təkbaşına gedir: “Acıq etməyə səbəb yoxdur”
“Müxalifət daxilində formalaşmış münasibətlərin tarixini nəzərə alaraq hər hansı seçki blokuna qoşulmayacağıq”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Liberal
Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib.
Onun sözlərinə görə, Siyasi Partiyaların Demokratiya və İnsan
Haqları Mərkəzinin parlament seçkilərinə hesablanmış seçki bloku
ilə bağlı apardığı danışıqlarda iştirak etmirlər.
“Liberal Partiyanın seçkilərlə bağlı təklifi daha məqbuldur. Hesab
edirəm ki, ən yaxşı variant hər dairədən bir müxalifət namizədinin
olmasıdır. Başqaları blok kimi getməyi düşünürlərsə, onlara uğurlar
diləyirik”, - deyə o bildirib.
Ə. Temirxan ALP-nin hazırda hansısa bloka qoşulmaq niyyətində
olmadığını bildirib: “ALP-nin hər dairə üzrə namizədi var. Lakin
bütün müxalifətin razılaşdırılmış qaydada hər dairədən bir namizəd
verməsini təklif edirik. Əgər hər hansı müxalif partiyanın bir
dairədən namizədi varsa, ikincisi olmamalıdır. Müxalifət
qüvvələrinin parçalanmaması üçün namizədlərin razılaşdırılmasının
müzakirəsinə hazırıq. Hər bir partiya razılaşdırılmış qaydada
ayrı-ayrılıqda və yaxud bir neçə blok ayrı-ayrılıqda iştirak edə
bilər. Əsas odur ki, hər bir seçki dairəsindən müxalifətin bir
namizədi olsun”.
ALP sədri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar
Cəlaloğlunun “ALP Siyasi Partiyaların Demokratiya və İnsan Haqları
Mərkəzindən acıq edib getdi” sözlərinə münasibət bildirib:
“Mərkəzdən acıq etmək üçün səbəb yox idi. Sadəcə toplantı İntiqam
Əliyev və digər həbsdə olan hüquq müdafiəçilərinin müdafiəsi ilə
bağlı idi. Lakin müxalifətin parçalandığını gördük və bu
parçalanmada tərəfə çevrilmək istəmədik. Biz mövqe parçalanmasında
tərəf ola bilmərik. Bir araya gəlsəydilər, orada olmağımız mümkün
idi. Amma gəlmədilərsə, nə bir araya gələ bilməmə səbəbini müzakirə
etdik, nə də hər hansı tərəfin tədbirində iştirak edirik”, - deyə o
vurğulayıb.
Qeyd edək ki, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları
Mərkəzi seçki blokunun yaradılması üçün fəaliyyətə başlayıb.
Mərkəzin təklifinə Müsavat istisna olmaqla digər partiyalar müsbət
rəy verib. Müsavatın müzakirələrin sonunda seçki blokuna qoşulacağı
gözlənilir. AXCP daxil olmaqla Milli Şura prosesə qoşulmur. AMİP və
ALP isə seçkilərə təkbaşına getməyin tərəfdarıdır.
Ə. Temirxan ALP-nin lideri Lalə Şövkət haqda da danışıb. Hazırda L.
Şövkətin səhhətində heç bir problem olmadığını deyən ALP sədri bu
barədə iddiaları təkzib edib.
“Lalə xanımın səhhəti yaxşıdır. Hər gün onunla ünsiyyətdəyəm,
tərəfdarlarımız heç narahat olmasınlar”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR