• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Makedoniya prezidenti Azərbaycana gəlir

  • Nida.az
  • 6 Fevral 2015 13:53
  • 523 Baxış
Makedoniya prezidenti Azərbaycana gəlir

Bu ilin aprelində Makedoniya prezidenti Gyorge İvanovun Azərbaycana səfəri gözlənilir.

Publika.az-ın məlumatına görə, səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçiriləcək III Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.

“Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunacaq III Açıq Cəmiyyətlər Forumunun əhəmiyyətini yüksək qiymətləndirən Gyorge İvanov hesab edir ki, bu tədbir çox sayda hazırkı, eləcə də sabiq dövlət və hökumət başçıları, siyasi liderlər, nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin fikir mübadiləsi aparması və təcrübəsini paylaşması baxımından əla imkandır.

Onun fikrincə, bu Forum dünyanı narahat edən məsələlərin ən uyğun həll yollarının tapılması istiqamətində rəhbərlik etdikləri müddətdə böyük təcrübə qazanmış və müəyyən dəyişikliklər etməyə çalışmış siyasi liderlərin kollektiv qlobal fəaliyyətinə şərait yaradır.

Qeyd edək ki, 2015-ci ilin aprel ayının 27-30-da Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək III Açıq Cəmiyyətlər Forumunda etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı kimi bir sıra qlobal problemlər geniş müzakirə ediləcək. Forumda bir neçə ölkənin hazırkı prezidentinin, 100-ə yaxın sabiq dövlət və hökumət rəhbərinin iştirakı gözlənilir.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR