Rasim Musabəyov: “Cənub qaz dəhlizi” bizə siyasi və iqtisadi dividentlər gətirəcək”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “Cənub qaz dəhlizi” bizə siyasi və iqtisadi dividentlər gətirəcək”

“Azərbaycan öz siyasi iradəsini sona qədər yeridir. “Cənub qaz dəhlizi” layihəsinin dünən keçirilən Məşvərət Şurasının iclası da rəsmi Bakının verdiyi qərarların arxasında dayandığını, bu qərarları icra etdiyini göstərir”.


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.


R. Musabəyov bu toplantını layihənin gələcəyi üçün mühüm hadisə adlandırıb. Onun sözlərinə görə, belə görüşlər layihənin icrasında vacib məqamlardır.


“Hazırda dünyada baş verən prosesləri proqnozlaşdırmaq çətindir. Hər keçən gün proseslər dəyişir, yeni dəyişikliklər baş verir. Belə bir məqamda Azərbaycanın siyasi iradə göstərməsi və investisiya yatırdığı layihələrin gələcək taleyini düşünməsi vacibdir. Xüsusilə neftin qiyməti sabit deyil, Qərb-Rusiya qarşıdurması davam edir. Azərbaycan isə öz layihələrini icra etmək istiqamətində addımlar atır. Bu, rəsmi Bakının iradəsini göstərir”, - deyə o bildirib.


R. Musabəyov “Cənub qaz dəhlizi” layihəsinin Azərbaycana siyasi və iqtisadi dividentlər gətirəcəyini düşünür. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi prosesləri izləyir və buna uyğun addımlar atır: “Bu layihənin Azərbaycana gətirəcəyi dividentləri hər bir vətəndaş öz həyatında hiss edəcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm