Nida.az
Mustafa Hacıbəyli: “Qubad İbadoğlunun aşına nə tökübsə, qaşığına o çıxır”
“Qubad İbadoğlu Müsavatda bölücülük etdi, insanları itaətsizliyə çağırdı, istefalara nail olmaq, partiyanı parçalamaq istiqamətində fəaliyyət göstərdi. İndi də özü bunlarla qarşılaşır”.
Bunu Publika.az-a açıqlamasında Müsavat
Partiyasının üzvü, başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli
deyib.
M. Hacıbəyli Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatından
istefaların arxasında onun dayandığı haqda yayılan məlumatlara da
münasibət bildirib.
Qeyd edək ki, ADR-dən istefa verən Gənclər üzrə Təşəbbüs Qrupunun
sədri Xəyyam Məmmədin Müsavat qərargahında olduğu və M. Hacıbəyli
ilə görüşdüyü deyilir. Məlumatlara görə, M. Hacıbəyli ona ADR-dən
istefa vermək qarşılığında Müsavat Gənclər Təşkilatının sədrliyi
postunu vəd edib.
M. Hacıbəyli isə bunu təkzib edir. Onun sözlərinə görə, hansısa
görüşün olması, kiməsə nəsə vəd edilməsi haqda məlumatsızdır.
“Gənclər Təşkilatının sədrini təşkilatın üzvləri seçki yolu ilə
seçir. Müsavat demokratik prinsiplərlə idarə olunan partiyadır.
Burda seçkili orqanlara kimisə təyin etmək mümkün deyil. Sadəcə
olaraq, bu atalar sözünü yada salır: "Nə tökərsən aşına, o da çıxar
qaşığına". Qubad İbadoğlu Müsavatı parçalamaq üçün əlindən gələni
etdi. İndi də özü bununla üz-üzə qalıb. Yəni aşına nə tökübsə,
qaşığına o çıxır. Etdikləri öz başında çatlayır”, - deyə o
bildirib.
M. Hacıbəyli Müsavatda kadr təyinatına onun nəzarət etdiyi haqda
iddialara da münasibət bildirib: “Kadr təyinatına mən baxsaydım,
özümü də bir vəzifəyə təyin edərdim. Bağıra-bağıra qaldım, amma
mənə heç bir vəzifə vermədilər”.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR