Nida.az
Komitə sədri: “Azərbaycan elmilə bağlı vəziyyət təhlükəlidir” – YENİLƏNİB
“Elmi nəticələrin istehsalata tətbiqini elm sahəsində müasir, innovativ yeniliklərsiz təsəvvür etmək mümkün deyil. İstedadlı işçilərin elmə cəlb edilməsi də təqdim olunan qanun layihəsinin əsas maddələrindən birini təşkil edir”. Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında çıxışı zamanı parlamentin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan elmində yaşı çox olan şəxslər gəncləri üstələyir: “Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki elmi-tədqiqat mərkəzlərində, elmi müəssisələrdə və universitetlərdə 50 yaşa kimi olan bütün elm xadimlərinin sayı 50 yaşdan yuxarı olan elm adamlarının sayından 6 dəfə azdır. 30 yaşlı fəlsəfə doktorlarının sayı 30 faiz təşkil edir. Gördüyünüz kimi, vəziyyət bir qədər təhlükəlidir. Qanun layihəsində elmi fəaliyyətin maliyyələşməsi məsələsi çox ciddi mərhələ kimi qarşımızda dayanıb. Biz bu məsələ ilə bağlı demək olar ki müəyyən ortaq məxrəcə gəlmişik, ancaq hələ də müəyyən fikir ayrılıqları mövcuddur”.
Komitə sədri deyib ki, “Elm haqqında” qanun layihəsində müəllimlərin, alimlərin, elm adamlarının sosial təminatının yaxşılaşdırılması ilə bağlı müddəalar öz əksini tapıb: “Hətta magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməsi də nəzərdə tutulub. Bunlarla yanaşı, elmin özünü maliyyələşdirməsi mexanizmləri də qanun layihəsində nəzərdə tutulub”. Ş.Hacıyev qeyd edib ki, elmə çəkilən xərclərin təqribən 90 faizi dövlət büdcəsi hesabına ödənilir: “Bu göstəriciyə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Yəni elmə ayrılan vəsaitə görə ölkəmiz birinci yerdə durur. “Elm haqqında” qanun layihəsini digər qanunlardan fərqləndirən bir çox xüsusiyyətlər var. Bu qanunu işləyərkən gördük ki, hüquqi yük nə qədər ağırdırsa, elmi yük də bir o qədər ağırdır”.
Vasif Həsənli
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO