Nida.az
ABŞ-da Xocalı faciəsi ilə bağlı qətnamə qəbul olunub
Pensilvaniya ştatının Nümayəndələr Palatası Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar xüsusi qətnamə qəbul edib.
Bununla bağlı ştatın paytaxtı Harrisburqda Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə görüş olub. AzərTAc xəbər verir ki, görüş zamanı təmsilçilər palatasının spikeri Mayk Turzay qətnamənin Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edildiyi bir vaxtda qəbul edilməsini əlamətdar hadisə kimi dəyərləndirib. Daha sonra parlament binasında “Xocalı faciəsini xatırlayırıq” adlı tədbir keçirilib. İştirakçılar faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asim Mollazadə belə bir qətnamə qəbul etdiklərinə görə Pensilvaniya ştatının Nümayəndələr Palatasının üzvlərinə təşəkkürünü bildirib. Qətnamənin təşəbbüskarlarından olan Harri Ridşou çıxış edərək Xocalı faciəsinin insanlığa qarşı böyük cinayət olduğunu deyib. O bildirib ki, Xocalı qurbanlarının xatirəsi sağlam düşüncəli insanlar tərəfindən hər zaman anılacaq. Palatanın digər üzvləri çıxış edərək insanlıq əleyhinə yönəlmiş bu cür cinayətlərin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacib olduğunu vurğulayıblar.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR