• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Sarkisyan Haaqa məhkəməsinə gətirilməlidir” - ÇAĞIRIŞ

  • Nida.az
  • 26 Fevral 2015 17:36
  • 418 Baxış
“Sarkisyan Haaqa məhkəməsinə gətirilməlidir” - ÇAĞIRIŞ

“Biz Xocalıya görə ağlaşma qurmağa getməmişik. Biz dünyaya eşitdirmək istəyirik ki, 20-ci əsrdə dünyanın gözü qarşısında insanlığa qarşı çox ağır və bağışlanmaz soyqırım törədilib”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirib.

Dünyanın bu cinayəti duymalı olduğunu vurğulayan Y.Mahmudov deyib ki, beynəlxalq birlik Azərbaycana qarşı ikili standartlardan əl çəkməli və işğalçı Ermənistanı cəzalandırmalıdır: “Dünya birliyi bilməlidir ki, Xocalı soyqırımı olub. Bu cinayətin tarixi Birinci Dünya müharibəsindən başlayır. O zaman erməni quldur dəstələri Şərqi Anadoluda əhalini öldürərək toplu məzarlığa çevirib. Daha sonra erməni quldurları İrəvana, Naxçıvana, Bakıya, Şamaxıya, Qubaya və digər bölgələrimizə ayaq basaraq soyqırımlar törədib. Ermənilər biz türklər müsəlman əhali olduğumuz üçün soydaşlarımızı öldürüb, təmizləyib yerində “Böyük Ermənistan dövləti” yaratmaq istəyirdilər. Bu günü məni ən çox təəssüfləndirən məqam da odur ki, dünya birliyi Azərbaycanda olan milyondan çox qaçqını, Xocalı soyqırımını, işğal olunmuş torpaqlarımızı görmür. Avropanın mərkəzində müsəlmanların Peyğəmbəri təhqir edilir, amma xristian ölkələrində hər hansı qanlı hadisə baş verən zaman xristianlar toplaşıb terrora qarşı yürüşlər edirlər. Bəs Xocalıda törədilənlər terror deyilmi? Xocalıda terror törədən və bunu dəfələrlə etiraf edən Serj Sarkisyan bu gün Ermənistan prezidentidir. Bəs o nə zaman Haaqa məhkəməsində oturacaq? Dünya bunu görmürmü? Əlbəttə ki, görürlər. Sadəcə olaraq, Avropada türk və müsəlman dünyasına qarşı ayrı-seçkilik var. Tarixə baxın, bütün qırğınlar, müharibələr də türk və müsəlman coğrafiyasında baş verir. Axı nə üçün müharibələr ancaq Əfqanıstanda, İraqda, Suriyada, Pakistanda getməlidir?”

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR