Rusların Türkiyəyə satdığı təbii qazın qiyməti: 10,25 faiz ENDİRİM
Bizi izləyin

Nida.az

Rusların Türkiyəyə satdığı təbii qazın qiyməti: 10,25 faiz ENDİRİM

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız Rusiyadan alınacaq təbii qazın qiymətini açıqlayıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, nazir T.Yıldız deyib ki, “Gazprom”un Türkiyəyə satdığı təbii qaz dünya bazarında olan qiymətlərdən təqribən 10,25 faiz aşağıdır.

Onun sözlərinə görə, qarşıdan gələn mart ayında mavi qazın qiymətlərində artım gözlənilmir: “Ötən gün biz “Gazprom” ilə keçirdiyimiz görüşdə qiymətlərin 10,25 faiz olması barədə razılığa gəlmişik. Özəl sektorun mavi yanacağa olan ehtiyacını ödəmək üçün Rusiyadan sərfəli qiymətə aldığımız təbi qazı digər bazara çıxarmağı düşünürük. Türkiyə Avropaya ən ucuz təbii qaz satan ölkədir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm