Nida.az
Həmməruzəçilər müxalifətlə görüşü iki dəfə təxirə saldı – səbəb açıqlanmır
Azərbaycanda səfərdə olan Avropa Şurası parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski müxalifətlə görüşməyib.
Publika.az-ın əldə etdiyi məlumata görə,
həmməruzəçilərin parlamentdə təmsil olunmayan siyasi partiyalarla
görüşü nəzərdə tutulsa da, səbəb göstərilmədən təxirə salınıb.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı
Publika.az-a açıqlamasında faktı
təsdiqləyib.
“Martın 2-nə saat 12:00-a görüş təyin olundu. Lakin sonradan bizə bildirildi ki, görüş təxirə salınıb. Daha sonra dünən 18:30-a görüş təyin olunmuşdu. İkinci görüşdən də səbəb göstərilmədən imtina olundu. Görüşün keçirilib-keçirilməyəcəyi bəlli deyil”, - deyə o bildirib.
Publika.az məsələ ilə bağlı Avropa Şurasının
Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlayıb. Nümayəndəlikdən məsələ
haqda danışmaq istəmədikləri bildirilib.
“Hazırda rəhbərlik yoxdur. Buna görə də heç bir şərh verə
bilmərik”, - deyə nümayəndəlik iki görüşün təxirə salınmasının
səbəblərini açıqlamaqdan imtina edib.
Asif Nərimanlı
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO