Lalə Şövkət tərəddüd edir: “Namizədliyimi verim, verməyim...”
Bizi izləyin

Nida.az

Lalə Şövkət tərəddüd edir: “Namizədliyimi verim, verməyim...”

Azərbaycan Liberal Partiyası (ALP) bu il keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərarsızdır.


Bu barədə Publika.az-a açıqlamasında ALP sədri Əvəz Temirxan deyib.


Partiya sədri seçkiyə qatılıb-qatılmayacaqları barədə dəqiq qərar verilmədiyini söyləyib.


O, 8 müxalifət partiyasının yaratdığı “Azadlıq-2015” blokuna da münasibət bildirib: “Onlara işlərində uğurlar arzulayıram. Amma bizim “Azadlıq-2015”-ə qoşulmağımız gündəmdə deyil. Seçkidə iştirak edəcəyimiz təqdirdə namizədləri müxalifət arasında razılaşdırmaq olar. Hər dairədən 1 müxalif namizəd olmalıdır”.


Ə. Temirxan ALP lideri Lalə Şövkətlə ötən həftə partiyanın iclasında iştirak etdiyini deyib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm