• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Lukaşenko: “Bizə Azərbaycanla ticarət sərfəlidir” - FOTO

  • Nida.az
  • 10 Mart 2015 16:14
  • 420 Baxış
Lukaşenko: “Bizə Azərbaycanla ticarət sərfəlidir” - FOTO

Belarus Azərbaycanla bütün istiqamətlər üzrə əməkdaşlıq etməyə hazırdır. Trend-in BELTA-ya istinadən verdiyi məlumata görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşdə deyib.

A.Lukaşenko bildirib: "Sizə, ölkənizə, rəhbərliyə çox güvənirik və aramızda bağlı mövzular ümumiyyətlə yoxdur. Belarus və Azərbaycan həmişə bütün yaranan problemli məsələləri uğurla həll ediblər. Bütün çətinliklərə baxmayaraq, ötən il iki ölkə arasında əmtəə dövriyyəsi artıb. Bizə Azərbaycanla ticarət sərfəlidir".

Prezident qeyd edib: "Biz Azərbaycanda öz istehsalatlarımızı yaratmağa, bu ölkənin investisiyalarını qəbul etməyə hazırıq. Azərbaycanda Belarus traktorları, yük avtomobilləri, liftlər və s. istehsalı üzrə birgə müəssisələr fəaliyyət göstərir. Bəzi istiqamətlər üzrə istehsalın lokallaşdırılması təqribən yarıya çatıb. 40 faiz artıq var və bu, çox yaxşı tempdir. Deməli, sizə vəd etiyimiz və İlham Əliyevə söz verdiyim kimi texnologiyalar əldə edirsiniz və ərazinizdə normal istehsal yaradılır".


O, əlavə edib ki, növbəti addım üçüncü ölkələrə, Qafqaz regionuna birgə məhsulla çıxmaqdır.

Öz növbəsində Y.Eyyubov qeyd edib ki, Belarus Prezidentinin Azərbaycan xalqına münasibəti qiymətsizdir: "Belarus hamını cəlb edən ölkədir. Siz xalqın adamısınız. Həyatınızı bu xalqa həsr edirsiniz. Əgər digər təbii sərvətləriniz olsaydı, fikrimcə, Belarus dünyada birinci ölkə olardı. Çünki əsas nəyə sahib olduğun deyil, lazım olanı əldə etməkdir".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR