Razi Nurullayev: “Müxalifətdə siyasi şou yaratmaq meyilləri var”
Bizi izləyin

Nida.az

Razi Nurullayev: “Müxalifətdə siyasi şou yaratmaq meyilləri var”

“Avropa bizi hakimiyyətə gətirəcək”, “Azərbaycan hakimiyyətini Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalamağa vadar edəcəklər”, “Sanksiyalar tətbiq olunacaq” kimi mesajlar xalqı aldatmaqdan da betərdir”.


Publika.az xəbər verir ki, bu barədə AXCP sədrinin keçmiş müavini Razi Nurullayev deyib.


Onun sözlərinə görə, yaxın zamanlarda bunun heç biri gözlənilmir və gözlənilə də bilməz: “Hətta sanksiyalar tətbiq olunsa belə, neft ucuzlaşıb bareli bir dollar olsa belə, bu, hakimiyyət dəyişikliyi üçün əsas vermir.
Bu məsələ ilə bağlı mövqeyim budur: dəyişikliyi xalq edir. Azərbaycanda isə daha çox siyasi şou yaratmaq meyilləri var. Elə xalqla müxalifət arasına sədd çəkən və onları bir-birindən uzaqlaşdıran faktorlardan da biri budur”.


“İnsanların ümidini dirijor çubuğu ilə idarə etmək cəhdləri onu edənlərə baha başa gələ bilər”


R. Nurullayev Azərbaycanın inkişaf modelini Qərbə inteqrasiya və Avropa Birliyi ilə daha yaxından əməkdaşlıq etməkdə gördüyünü deyib.


“Bunu istəyirəm. İstək və reallıq isə fərqlidir. Əsas odur ki, xalqda gözlənti yaradıb, sonra ümidlərini bir daha qırmaq lazım deyil. Qarşıda may ayında keçiriləcək Şərq Tərəfdaşlığı Zirvə toplantısı var. Azərbaycan zirvə toplantısına qatılsa da, Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalamayacaq. Avropa isə Azərbaycana təzyiq göstərmək niyyətindən uzaqdır. Çünki bu nəticə vermir. Əgər Azərbaycan birtərəfli qaydada Avropadan üz döndərsə, o zaman Putin qazanmış olacaq. Avropa düşünür ki, sanksiya tətbiq etsə və danışıq ritorikasını dəyişsə, masa arxasında oturub söhbət etməkdən də məhrum ola bilər. Onun üçün də may zirvə toplantısından ciddi nəticə gözləmək və gözlənti yaratmaq hələ də inanıb liderlər dalınca gedən məzlumların ümidlərini başı üzərinə qaldırıb qayaya çırpmaq kimidir. İnsanların ümidi və hissləri ilə oynamaq və onu dirijor çubuğu ilə idarə etmək cəhdləri onu edənlərə baha başa gələ bilər”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm