Meriya Milli Şuranın mitinqinə razılıq verdi
Bizi izləyin

Nida.az

Meriya Milli Şuranın mitinqinə razılıq verdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 15-nə təyin olunan mitinqinə icazə verib.

Bu barədə Publika.az-a AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.

“15 mart mitinqinə razılıq verildi. Yer və vaxt olduğu kimi qalır”, - deyə o bildirib.

Qeyd edək ki, mitinq martın 15-də saat 15:00 – 17:00-da Yasamal rayonu, “Məhsul” stadionunda keçiriləcək.

Dünən meriyanın mitinqə “yox” cavabı verməsi haqda yayılan məlumatlar sonradan təkzib olundu.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm