• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sabiq təhlükəsizlik zabiti: “Radikal qruplar şəraitə görə aktivləşir”

  • Nida.az
  • 12 Mart 2015 15:40
  • 488 Baxış
Sabiq təhlükəsizlik zabiti: “Radikal qruplar şəraitə görə aktivləşir”

“Regionda baş verən hadisələr hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyatların zəruriliyindən xəbər verir. Birmənalı şəkildə qeyd etmək olar ki, dini baxımdan təhdidlər var və bu bitmək bilmir”.


Bunu Publika.az-a açıqlamasında sabiq təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin eksperti Arzu Nağıyev hüquq-mühafizə orqanlarının radikal dini qruplaşmalara qarşı keçirdiyi üç əməliyyatı şərh edərkən deyib.


“Bu əməliyyatların keçirilməsi labüddür”


Onun sözlərinə görə, ölkənin təhlükəsizliyini təhdid edən ən başlıca faktorlardan biri radikal dini qurumların atdıqları və ata biləcəkləri addımlardır: “Düşünmürəm ki, vəziyyət o dərəcə də kritik və ya ciddidir. Lakin bu əməliyyatların keçirilməsi labüddür və son əməliyyatlar da ancaq təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Hüquq-mühafizə orqanlarının qarşısında duran ən mühüm vəzifə törədə bilinəcək cinayətin ilkin mərhələsində aşkarlanması, xəbərdar edilməsi və qarşısının alınmasıdır.

Məhz bu faktorlara və amillərə görə əməliyyatlar keçirilir. Yəni cinayət hadisələri fəsillərə, aylara və ya illərə bölünmür. Eyni zamanda, digər faktorlar da, o cümlədən çoxsaylı insanların iştirakı ilə keçiriləcək beynəlxalq tədbirlər vaxtı təhlükəsizlik məsələsinin həlli istiqamətində profilaktik əməliyyat-axtarış fəaliyyətləri də planauyğun şəkildə keçirilə bilər və keçirilməsi vacibdir”.


“Yaz ayları radikal qrupların aktivləşdiyi əsas vaxtdır”


A. Nağıyev bu günlərdə rusiyalı politoloq Sergey Balmasovun “Azərbaycanda radikal qrupları ABŞ dəstəkləyir” fikrini də şərh edib.


“Hər kəsin öz fikri ola bilər. Hər bir söylənilən rəyə hörmətlə yanaşmaqla yanaşı, onun səbəb və məqsədinə də varmaq lazımdır. Həmin radikal qruplar deyiləndə kimlərin nəzərdə tutulduğunu açıqlasalar, daha düzgün olardı. Bu gün Azərbaycan rəhbərliyinə bu üsullarla təzyiq etmək gülünc görünür. Əlbəttə, əsasən yaz aylarında Rusiyada, daha doğrusu, Şimali Qafqazda dini-radikal qrupların aktivliyi nəzərəçarpacaq dərəcədə artır. Bu da iqlim və digər şəraitlə, təbii faktorlarla da bağlıdır. Daha dəqiq desək, dağlarda və meşələrdə döyüş şəraiti daha uyğun olduğu nəzərə alınır. Məhz buna görə də bu ərazilərlə həmsərhəd olan Şimal bölgələrimizdə əməliyyat şəraitinə nəzarət daha da güclənməlidir və bu istiqamətdə müvafiq işlər aparılır”, - deyə o bildirib.


“Azərbaycan İŞİD-ə qarşı mübarizəyə ikitərəfli razılaşmalar əsasında qoşula bilər”


Sabiq təhlükəsizlik zabiti Azərbaycanın İŞİD-ə qarşı koalisiyaya qoşulması üçün Bakıya müəyyən formalarda təzyiqlər edildiyi iddialarına münasibət bildirib. Onun sözlərinə görə, istər İŞİD, istərsə də digər radikal terror təşkilatlarına qarşı mübarizəyə Azərbaycan həmişə ikitərəfli razılaşmalar əsasında qoşula bilər: “Buna qədər qoşulub da. Bizim ölkəmizin tək erməni terrorundan nə qədər problemlər yaşadığı məlumdur. Yəni bu gün Azərbaycan üçün Dağlıq Qarabağ və erməni qəsbkarlarının ərazimizdə apardığı qanunsuz müharibə qədər təhlükəli bir təhdid ola bilməz. Buna görə müxtəlif rəylər ancaq ehtimal olaraq qala bilər”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR